Səhiyyə Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Tarix:2-03-2026, 16:00
Baxış Sayı:1

Səhiyyə Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Səhiyyə naziri Teymur Musayev ölkədə kadr potensialının inkişafına yönəlmiş təşəbbüslər çərçivəsində IV “Yüksəliş” müsabiqəsinin qalibi Ayaz Məmmədovla növbəti görüşünü keçirib.

Görüş zamanı səhiyyə sektorunda aparılan islahatlar, idarəetmədə innovativ yanaşmalar, rəqəmsallaşma prosesi və insan resurslarının inkişafı məsələləri diqqətə çatdırılıb. Nazir müsabiqə qalibinin təklif və təşəbbüslərini dinləyərək, “Yüksəliş” müsabiqəsi qaliblərinin peşəkar inkişafına dəstəyin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

Teymur Musayev bildirib ki, “Yüksəliş” müsabiqəsi ölkədə gənc və perspektivli kadrların üzə çıxarılması, onların dövlət idarəçiliyində fəal iştirakının təmin olunması baxımından mühüm platformadır. O, səhiyyə sahəsində həyata keçirilən yeniliklərdə peşəkar və təşəbbüskar gənclərin rolunun əhəmiyyətini qeyd edib.
Görüş çərçivəsində səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması və innovativ həllərin tətbiqi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Sonda nazir “Yüksəliş” müsabiqəsinin qalibinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA