Bakıda estetik klinika 20 000 manat cərimələndi

Tarix:4-03-2026, 09:00
Baxış Sayı:1

Bakıda estetik klinika 20 000 manat cərimələndi

Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə "Est. Etik Clinix and Spa Center" MMC cərimələnib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi) üzrə protokol tərtib edilib.

İşə Nərimanov Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin qərarı ilə "Est. Etik Clinix and Spa Center" MMC-nin rəhbəri sözügedən maddə üzrə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 000 manat məbləğində cərimə olunub.

Qərardan narazı qalan MMC-nin nümayəndəsi apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Məhkəmə iclasında şirkət rəhbəri bildirib ki, MMC-nin ümumi dövriyyəsi və gəlirləri 20 000 manat təşkil etmir və bu məbləğdə cərimənin ödənilməsi mümkün deyil. Onun sözlərinə görə, cərimənin tətbiqi şirkətin ləğvinə və ya müflis olmasına səbəb ola bilər.

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlayıb.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA