Deputat dedi ki, bu qanun qəbul olunsa, istefa verəcək - Sədaqət Qəhrəmanova

Tarix:4-03-2026, 14:30
Baxış Sayı:2

Deputat dedi ki, bu qanun qəbul olunsa, istefa verəcək - Sədaqət Qəhrəmanova

“2010-cu ildə “Məişət zorakılığı haqqında” qanun qəbul edildi, bu qanunların - həm "Gender bərabərliyi haqqında", həm də “Məişət zorakılığı haqqında” qanunun qəbul olunması çox böyük keşməkeşli yollardan keçdi. Çünki cəmiyyətin bir hissəsi doğrudan da qəbul eləmək istəmirdi ki, gender bərabərliyi nədir, bu kimə lazımdır, necə bərabər olmaq olar?”

igia.az xəbər verir ki, bunu “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib.

O qeyd edib ki, burada əsas məsələ hüquqdan və hüquq bərabərliyindən gedir:

“Hamı bir insandır, hamının da hüquqları bərabərdir, eynidir. “Məişət zorakılığı haqqında” qanun qəbul olunanda biz Milli Elmlər Akademiyasında onu müzakirə etdik və orada nə qədər qarşı fikirlərlə üz-üzə gəldik”

“Milli Məclisdə deputatlardan biri demişdi ki, əgər bu qanun qəbul olunsa, mən istefa verəcəyəm. Amma vermədi. Sonra ikiəlli layihəyə səs verdi” – S.Qəhrəmanova bildirib.

Gələcəyin ustaları burada yetişir
Gələcəyin ustaları burada yetişir
Buraxılış imtahanlarının nəticələri bu tarixdə AÇIQLANCAQ
Buraxılış imtahanlarının nəticələri bu tarixdə AÇIQLANCAQ
70 kq qızılla tutulan polkovnikə hökm oxundu
70 kq qızılla tutulan polkovnikə hökm oxundu
Məzahir Pənahov yenidən MSK sədri seçildi
Məzahir Pənahov yenidən MSK sədri seçildi
Ciyəraxşamında əmioğulları öldürüldü: Biri ANAMA əməkdaşı olub
Ciyəraxşamında əmioğulları öldürüldü: Biri ANAMA əməkdaşı olub
Komandası uduzan qəzəbli azarkeş televizoru pəncərədən atdı - VİDEO
Komandası uduzan qəzəbli azarkeş televizoru pəncərədən atdı - VİDEO
"Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılışı olub
"Şuşa – İƏT-in turizm paytaxtı 2026" tədbirinin açılışı olub
On saatlıq unikal əməliyyat: Pasiyentin öz sümüyü ilə yeni çənə qurulub
On saatlıq unikal əməliyyat: Pasiyentin öz sümüyü ilə yeni çənə qurulub