Bakıya gəlmişdim, Naxçıvana qayıda bilmirəm - DEPUTAT

Tarix:5-03-2026, 14:30
Baxış Sayı:2

Bakıya gəlmişdim, Naxçıvana qayıda bilmirəm - DEPUTAT

“Bu gün İran ərazisindən Naxçıvan bölgəsinə dron hücumları olub. Partlayıcı başlıqlarla təchiz edilmiş PUA-lar Naxçıvan Beynəlxalq Hava Limanı və Şəkərabadda yerləşən məktəb ərazisinə düşüb. Bu isə insanlar arasında böyük panikaya səbəb olub.

Hadisə ilə bağlı igia.az-a açıqlama verən 5 saylı Babək - Naxçıvan - Culfa seçki dairəsinin deputatı Ülviyyə Həmzəyeva bildirib ki, Naxçıvan blokada vəziyyətində olan bölgədir və bu səbəbdən düşünür ki, hücum təsadüfi deyil:

“Hücumdan sonra Naxçıvan əhalisinin digər bölgələrə çıxışı yalnız təyyarələr və İran ərazisindən nəqliyyat yolu ilə həyata keçirilirdi. Təbii ki, bu hadisədən sonra naxçıvanlılar İran ərazisindən keçməyəcək, bundan başqa, müvəqqəti olaraq uçuşların dayandırılması göstərir ki, bizim vətəndaşlarımız artıq nə Azərbaycanın digər bölgələrinə, nə də başqa yerlərə müəyyən vaxt ərzində gedə bilməyəcəklər”.

Deputat bildirib ki, həm Şəkərabad, həm də Babək ərazisi onun seçicilərinin yaşadığı bölgədir:

“Bu ərazidə mənim yaxınlarımın, qohumlarımın da yaşayır. Naxçıvan indiyədək bir çox sınaqlara dayanıb, inanıram ki, buna da dayanacağıq. Ölkə başçısı da bu məkirli addımla bağlı öz münasibətini artıq bildirib. Eyni zamanda, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi bəyanatlarını yayıb. Biz də bunlara istinad edəcəyik”.
Deputat deyib ki, Azərbaycana belə hücumlar cavabsız qalmayıb və qalmayacaq:

“Azərbaycan dövləti həmişə qonşuluq və humanizm prinsipinə sadiq qalıb. Amma təəssüf ki, molla rejimi öz məkrli planlarından əl çəkmir. Halbuki, Prezident İlham Əliyev Azərbaycan ərazisindən heç vaxt İrana qarşı poliqon kimi istifadə edilməyəcəyini bildirmiş, eyni zamanda İranın Ali Liderinin vəfatı ilə bağlı yüksək dövlət etikası nümayiş etdirərək başsağlığı da vermişdir. Lakin görünən odur ki, Tehran yalnız güc yolundan anlayır”.

Ülviyyə Həmzəyeva bildirir ki, o, bir neçə gün bundan əvvəl Milli Məclisdə keçiriləcək iclaslar səbəbindən Naxçıvandan Bakıya gəlib və hazırda geri qayıda bilmir:

“Mən həqiqətən də çox böyük həyəcan keçirirəm. Çünki hazırda Bakıdayam. Plenar iclas, sabah isə Mədəniyyət komitəsinin iclası olduğu üçün bir neçə günlük Bakıya gəlmişdim. Çox təəssüf ki, hazırda Naxçıvana getməyim imkansızdır. Amma mən öz seçicilərimin yanındayam. Seçicilərim və yaxınlarımla əlaqə saxlamışam. Naxçıvanda hər şey hazırda stabildir, naxçıvanlıların əhval-ruhiyyəsi pozulmayıb. Tarix boyu böyük münaqişələrin içində olmuşuq, müharibələr və blokadalar görmüşük. Amma heç vaxt torpaqlarımızı qoyub qaçmamışıq, bundan sonra da belə olacaq. Biz öz mübarizəmizi orada yaşayaraq göstərəcəyik”.

“Düşünürəm ki, tez bir zamanda dövlətimiz nə lazımdırsa, həyata keçirəcək. İrana qardaş demək mənim dilimə gəlmir, amma İranla münasibətlərimizi həmişə qonşuluq prinsiplərini qorumağa çalışmışıq. Azərbaycan öz mövqeyinə sadiq qalacaq, beynəlxalq hüquq prinsiplərini qorumağa davam edəcək, lakin hər bir düşmən addımının qarşısı alınacaqdır” – deputat sonda vurğulayıb.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA