“Qənirə Paşayeva mükafatı”nın builki qalibi məlum oldu - Gənc jurnalist seçildi

Tarix:6-03-2026, 13:00
Baxış Sayı:1

“Qənirə Paşayeva mükafatı”nın builki qalibi məlum oldu - Gənc jurnalist seçildi

Azərbaycan Türk Ocağı Türk dünyasının tanınmış simasının adını daşıyan mükafatın qalibini açıqlayıb

Azərbaycan Türk Ocağı İctimai Birliyinin ötən il ali məktəblərin jurnalistika fakültəsi tələbələri ücün təsis etdiyi "Qənirə Paşayeva mükafatı"nın bu ilki qalibi müəyyən olunub.

igia.az xəbər verir ki, "Sherg.az"a məlumat verən Azərbaycan Türk Ocağı sədri Akif Aşırlı deyib ki, bu dəfə qalib Nuray Namiq qızı Məmmədrzayevadır. Nuray Bakı Slavyan Universiteti Jurnalistika ixtisasının lll kurs tələbəsidir. Yüksək təhsil göstəriçiləri, içtimai fəallığı ilə seçilən Nuray həm də mətbuatda fərqli yazılarla çıxış edir.

A.Aşlrlı qeyd edib ki, Türk Dünyası ücün böyük işlər görmüş, jurnalistikamızda silinməz izlərlə yaddaşlarda yaşayan Qənirə Paşayevanın adını daşıyan mükafata sahib olmaq böyük şərəfdir və bu ilki qalib tələbə Nurayın da bu yolda fədakarlıq göstərəçəyinə inanır.

Qeyd edək ki, 2025-ci ilin fevral ayının 25-də Azərbaycan Türk Ocağı İdarə Heyyətinin qərarı ilə ali məktəbin Jurnalistika fakültəsi tələbələri ücün Qənirə Paşayeva mükafatı təsis edib, davamlı olaraq hər il 8 mart Qənirə Paşayevanın doğum günündə veriləcəyi qərarlaşdırılıb. Qalib plaket və pul ilə mükafatlandırılır.

Nuray Məmmədrzayeva 2006-cı ildə Bakıda anadan olub. Bakı şəhəri Nəsimi rayonu 14 nömrəli tam orta məktəbi bitirib. Elə həmin il Bakı Slavyan Universitetinin Jurnalistika ixtisasına qəbul olub. Hazırda Bakı Slavyan Universitetinin III kurs tələbəsidir.Təhsil göstəriçiləri yüksəkdir, yaradıçılıqla məşğuldur, içtimai fəaldır. Yazıları universitet qəzetində və müxtəlif saytlarda dərç olunub.

Xatırladaq ki, ötən ilin mükafatçısı BDU-nun Jurnalistika fakültəsinin ll kurs tələbəsi Banuçiçək Kalbalıyeva idi.

Mükafat yaxın günlərdə qalibə təqdim olunaçaq.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA