Azərbaycana gələn turistlərin sayı kəskin azalıb - İDDİA

Tarix:7-03-2026, 17:00
Baxış Sayı:2

Azərbaycana gələn turistlərin sayı kəskin azalıb - İDDİA

İran tərəfindən Naxçıvana edilən dron hücumu regionda təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirməklə yanaşı hadisənin iqtisadi və sosial təsirləri ilə bağlı müzakirələri də artırıb. Xüsusilə, turizm sektorunda yaranan psixoloji və informasiya təsirləri diqqət mərkəzinə düşüb. Mövcud vəziyyət fonunda Azərbaycanın turizm sektorunun dayanıqlığı və regiona turist marağının necə dəyişə biləcəyi əsas müzakirə mövzularından biridir.

Turizm eksperti Cəfər Qarayev igia.az-a açıqlamasında bildirib ki, İrandan Naxçıvana dron hücumu Azərbaycan turizminə ciddi təsir göstərməyəcək:

“Bundan əvvəl Yaxın Şərqdə baş verən münaqişələr də Azərbaycana turist axınını müəyyən qədər azaltmışdı”.

Onun sözlərinə görə, proses qarşılıqlı olub və yerli turistlərin də digər ölkələrə, xüsusilə, ərəb dövlətlərinə səfərlərində azalma müşahidə edilir.

Cəfər Qarayev vurğulayıb ki, hazırda bütün istiqamətlərdən Azərbaycana hava məkanı açıqdır və turizm şirkətləri fəaliyyətini davam etdirir:

“Eyni zamanda ərəb ölkələrində olan turistlərin təxliyəsi üçün turizm agentlikləri aviasiya şirkətləri ilə koordinasiyalı şəkildə çalışır”.

Ekspert xatırladıb ki, əvvəlki illərdə pandemiya dövründə Azərbaycan turizmi ciddi eniş yaşasa da, sonradan turizm mütəxəssisləri vəziyyəti sabitləşdirməyi bacarıblar.

Turizm eksperti Ceyhun Aşurov Modern.az-a açıqlamasında bildirib ki, belə hallarda ilk növbədə turizm sahəsi ziyan görür.

Onun sözlərinə görə, turizm çox həssas sahədir və insanların həyat təhlükəsi ilə bağlı risk yarandıqda səfərlər dərhal təxirə salınır.

Ekspert qeyd edib ki, Yaxın Şərqdə baş verən qarşıdurma region olaraq Azərbaycan turizminə də təsir göstərir. Bu təsir, xüsusilə, Azərbaycanda olan qonaqların sayında özünü göstərir:

“Hazırda rezervasiya və sifarişlərin sayında kəskin azalma müşahidə olunur. Bakı otellərində qonaq azlığı diqqət çəkir və müşahidələr göstərir. Qonaqların sayı təxminən 80 faizə qədər azalıb”.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA