Dövlət İmtahan Mərkəzinin (DİM) ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının yekun nəticələrinə görə, ölkə üzrə ən yüksək nəticə göstərən yeganə gənc Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi olub.
BANM-ın İnformasiya təhlükəsizliyi ixtisasının 5-ci kurs tələbəsi Elvina Əliyeva 96 bal toplayaraq ölkə birincisi adını qazanıb.
BANM-ə 689,6 balla qəbul olan Elvina Əliyeva Prezident təqaüdünə layiq görülüb.