21 yaşlı oğlan sosial şəbəkədə əxlaqsız təkliflərinə görə həbs olundu

Tarix:13-03-2026, 10:00
Baxış Sayı:4

21 yaşlı oğlan sosial şəbəkədə əxlaqsız təkliflərinə görə həbs olundu

Sosial şəbəkələrdə intim xidmətlər təklif edən şəxs inzibati məsuliyyətə cəlb olunub.

Paytaxtda yaşayan İsmayıllı rayon sakini 2005-ci il təvəllüdlü M.Məmmədovun (şərti) “TikTok” və instaqramda cinsi azlığı və əxlaqsızlığı təbliğ edən videolar paylaşması müəyyən olunub. Onun pul müqabilində müxtəlif şəxslərə intim xidmətlər təklif etməsi və virtual olaraq əxlaqsız yazışmalar həyata keçirməsi də məlum olub.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə 21 yaşlı şəxs Nəsimi rayonunda saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 524-cü (fahişəliklə məşğul olma) və 510.2-ci (xırda xuliqanlıq - internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsinə əsasən protokol tərtib edilib və rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə M.Məmmədov 30 sutkalıq həbs olunub.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA