Azərbaycanda böyrək köçürülən qadın 2 uşaq dünyaya gətirdi

Tarix:16-03-2026, 14:30
Baxış Sayı:3

Azərbaycanda böyrək köçürülən qadın 2 uşaq dünyaya gətirdi

Tanınmış cərrah-transplantoloq və uroloq, tibb elmləri doktoru Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilən böyrək transplantasiyası əməliyyatından sonra 33 yaşlı qadın iki uşaq dünyaya gətirib.

igia.az xəbər verir ki, Azərbaycanda böyrək köçürülməsi əməliyyatı keçirmiş qadının iki sağlam uşaq dünyaya gətirməsi ölkə təbabətində uğurlu hadisə hesab olunur.

Xroniki böyrək xəstəliyi olan pasiyentlər üçün böyrək transplantasiyası hazırda ən effektiv və optimal müalicə strategiyasıdır. Transplantasiyadan sonra xəstələr müəyyən müşahidə və həyat tərzlərində edilən cüzi korreksiya ilə tam normal həyata qayıda bilirlər. Böyrək köçürülməsi keçirmiş qadınların hamiləlik təqibi isə xüsusi tibbi protokollar əsasında nəzarətdə saxlanılır.

T.e.d. Rəşad Şolanın rəhbərlik etdiyi həkim briqadasının Nefrologiya Bölməsi bu sahədə geniş klinik təcrübəyə malikdir.

Bununla yanaşı, ölkəmizdə böyrək transplantasiyasından sonra hamiləlik mövzusunda aparılan ilk sistemli elmi tədqiqatlar da t.e.d. Rəşad Şolan və həmkarları tərəfindən həyata keçirilib. Sözügedən analitik araşdırma 2024-cü ildə TAJEV (“Türk-Alman Jinekoloji Eğitim, Araştırma ve Hizmet Vakfı”) və 2025-ci ildə MESOT (“Middle East Society of Organ Transplantation”) konqreslərində məruzə olunub.

Tədqiqatın yekun elmi nəticələri beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan nüfuzlu “Experimental and Clinical Transplantation” jurnalında dərc edilib. (//pubmed.ncbi.nlm.nih.gov/41808642/). Məqalə PubMed, Web of Science və Scopus kimi aparıcı elmi bazalarda indekslənir.

Qeyd edək ki, t.e.d. Rəşad Şolan Azərbaycanda urologiya və böyrək transplantasiyası sahəsində aparıcı mütəxəssis və elm xadimi kimi tanınır.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA