Polşa Azərbaycana TƏŞƏKKÜR ETDİ

Tarix:17-03-2026, 11:00
Baxış Sayı:2

Polşa Azərbaycana TƏŞƏKKÜR ETDİ

Bu gün Polşa Respublikasının xarici işlər naziri Radoslav Şikorski Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Xarici İşlər Nazirliyindən igia.az-a verilən xəbərə görə, nazirlər Yaxın Şərqdə davam edən müharibənin regional və qlobal səviyyədə ciddi təhlükəsizlik təhdidləri yaratdığını, deeskalasiyanın və danışıqlar prosesinin bərpasının əhəmiyyətini vurğulayıblar.

Polşa naziri İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumlarını qətiyyətlə pisləyib və ölkəmizlə həmrəyliyini ifadə edib. Polşa naziri ölkəsinin diplomatlarının və vətəndaşlarının İran ərazisindən təxliyəsinə göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib.

Telefon danışığı zamanı həmçinin Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında qarşılıqlı səfərlərin və siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub. Nazirlər telefon danışığı zamanı həmçinin digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA