Vahid Mustafayev işçi axtarır: 1200 manat maaş verəcək

Tarix:26-03-2026, 11:00
Baxış Sayı:2

Vahid Mustafayev işçi axtarır: 1200 manat maaş verəcək

“VMF” şirkəti İnsan Resursları üzrə menecer vəzifəsi üçün vakansiya elan edib.

igia.az xəbər verir ki, vakansiya üzrə iş yeri Bakı şəhəri, Nərimanov prospektində yerləşir. İş qrafiki 6 günlükdür. Əmək haqqının 1200 AZN olduğu, namizədin bilik və bacarıqlarına uyğun olaraq dəyişə biləcəyi qeyd olunur.

Elana əsasən, namizəd şirkətin insan resursları strategiyasının hazırlanması və idarə olunması, işçi qüvvəsinin planlaşdırılması, işə qəbul prosesinin təşkili, təlim və inkişaf proqramlarının hazırlanması, həmçinin performans qiymətləndirilməsi sisteminin tətbiqi kimi mühüm vəzifələri icra etməlidir.

Bundan əlavə, HR proseslərinin avtomatlaşdırılması, kadr kargüzarlığının əmək qanunvericiliyinə uyğun aparılması və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi də əsas öhdəliklər sırasındadır.

Namizədlərdən ali təhsil, müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilməsi, Azərbaycan və rus dillərində sərbəst danışıq bacarığı tələb olunur. İngilis dili biliyi üstünlük hesab edilir. Eyni zamanda, 1C və MS Excel proqramlarında işləmək bacarığı vacib şərtlərdən biridir.

Maraqlanan namizədlər CV-lərini “HR Menecer” başlığı ilə Hr.office@vmf.az
elektron ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün 050-257-80-36 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Son müraciət tarixi 25 aprel 2026-cı ildir.

Qeyd edək ki, “VMF” şirkəti tanınmış jurnalist, ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayevə məxsusdur. Şirkət 2018-ci ildə yaradılıb və Azərbaycanın ilk saat fabriki hesab olunur.

Qızıl da, gümüş də bahalaşdı
Qızıl da, gümüş də bahalaşdı
Şəkidə canavarlar qoyun-quzunu parçaladı - FOTO
Şəkidə canavarlar qoyun-quzunu parçaladı - FOTO
"Sürətli mükafat" tələsi — "Reels"lər uşaqların beynini necə korlayır?
"Sürətli mükafat" tələsi — "Reels"lər uşaqların beynini necə korlayır?
Aygün Kazımovanın səhhəti pisləşdi — Konserti təxirə salındı
Aygün Kazımovanın səhhəti pisləşdi — Konserti təxirə salındı
May ayında bu meyvələri yemək məsləhət deyil — SİYAHI
May ayında bu meyvələri yemək məsləhət deyil — SİYAHI
Zəngilanın ruhunu Bakıda yaşadan məktəb: Qobu Park-3-dən yüksələn uğur hekayəsi
Zəngilanın ruhunu Bakıda yaşadan məktəb: Qobu Park-3-dən yüksələn uğur hekayəsi
Balkonda kabab bişirənlər CƏRİMƏLƏNƏCƏK
Balkonda kabab bişirənlər CƏRİMƏLƏNƏCƏK
Uğurun zirvəsində bir şagird, arxasında isə böyük bir kollektiv dayanır
Uğurun zirvəsində bir şagird, arxasında isə böyük bir kollektiv dayanır