İrana göndərilən yardım Qaradağa çatdı

Tarix:26-03-2026, 14:00
Baxış Sayı:2

https://files.modern.az/photo/orginal/2026/03/26/1774505969_ady.jpg

İrana göndərilən yardım Qaradağa çatdı

Rusiyanın İrana göndərdiyi humanitar yardımın növbəti hissəsi Azərbaycan ərazisinə daxil olub.

igia.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus dərman yükləri daşıyan qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Qaradağ stansiyasına çatıb. Humanitar yardımın ümumi çəkisinin 300 tondan artıq olduğu bildirilir.

Məlumata görə, yüklər burada boşaldıldıqdan sonra İran tərəfinə təhvil veriləcək və yük avtomobilləri vasitəsilə təyinat məntəqələrinə çatdırılacaq.

Xatırladaq ki, daha əvvəl, martın 12-də Rusiyadan göndərilən 13 tondan çox dərman və tibbi ləvazimat da Azərbaycan üzərindən tranzitlə İrana çatdırılmışdı.

Qeyd edək ki, martın 11-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon danışığı zamanı rəsmi Bakının göstərdiyi dəstəyə görə təşəkkür edib. Putin, xüsusilə Rusiya vətəndaşlarının İrandan təxliyəsi və humanitar yüklərin Azərbaycan ərazisindən keçidinə yaradılan şəraiti yüksək qiymətləndirib. (Report.az)

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA