Pensiyanız yenidən hesablana bilər - Qaydası belədir

Tarix:30-03-2026, 09:30
Baxış Sayı:3

Pensiyanız yenidən hesablana bilər - Qaydası belədir

Bu dəfə təqdim etdiyimiz mövzu əmək pensiyasının yenidən hesablanması qaydası ilə bağlıdır.

igia.az xəbər verir ki, əvvəllər təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün tələb olunan sənədlər və onların təqdimat forması hansı qaydada həyata keçirilir?

Cavab: Xidmət üzrə tələb olunan sənədlər:

1. Şəxsiyyət vəsiqəsi (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi);

2. Ümumi iş (sığorta) stajını təsdiq edən sənədlər (əmək kitabçası, hərbi bilet və ya xidmət dövrünü təsdiq edən müvafiq arayış, əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd və s.);

Xidmət üzrə sənədlərin təqdimetmə forması:

-əsli,

-surəti,

-notarial təsdiq edilmiş surəti,

-elektron surəti

Yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən şəxs pensiyaçı kimi 6 ildən tez işdən azad olunarsa, onun pensiya məbləği pensiya təyin edilən tarixdən işdən azad olunduğu tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında yenidən hesablanır.

Başqa sözlə desək, pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144) pensiyaçının pensiya təyin edildikdən, yaxud yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.

Əlilliyə görə əmək pensiyası isə eyni formada avtomatlaşdırılmış qaydada yenidən hesablanır.

Məsələn, şəxsə 2022-ci ilin 1 fevral tarixində yaşa görə əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edir. O, 2024-cü ilin 1 fevral tarixində işdən azad olunub, yəni şəxs ona pensiya təyin olunduqdan sonra 24 ay işləyib. Bu zaman fərdi hesabının sığorta hissəsində 2022-ci il fevralın 1-dən 2024-cü il fevralın 1-dək 2300 manat pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (2300 manat) 120-ə (144-24 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı)=120) bölünməklə pensiya məbləği yenidən hesablanır.

Güzəştli əsaslarla yaşa görə pensiya alan və işləyən şəxs işdən azad olunursa, pensiya yenidən necə hesablanır?

Əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən şəxs fasiləsiz olaraq pensiyaçı kimi 6 il işlədikdə və ya 6 ildən tez işdən azad olunduqda onun pensiya məbləği sonradan işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı əsasında yenidən hesablanır.

Məsələn, şəxsə 2021-ci ilin 1 sentyabr tarixində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib və işləməyə davam edir. O, 2023-cü il mayın 1-də işdən azad olunub və fərdi hesabının sığorta hissəsində sentyabrın 1-dən 2023-cü il mayın 1-dək 3100 manat pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (3100 manat) 124-ə (144-20 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) =120) bölünməklə pensiya məbləği yenidən hesablanır. ( Oxu24.com)

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA