Ombudsman bəyanat yaydı

Tarix:30-03-2026, 13:30
Baxış Sayı:2

Ombudsman bəyanat yaydı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

Ombudsman Aparatından igia.az-a verilən xəbərə görə, bəyanatda bildirilib ki, 1918-ci ilin mart-aprel aylarında baş vermiş hadisələr bu siyasətin ən qanlı və faciəvi təzahürlərindən biri olub, minlərlə günahsız insanın milli və dini kimliyinə görə qətlə yetirildiyi kütləvi qırğınlar kimi tarixə düşüb:

"Tarixin müxtəlif mərhələlərində azərbaycanlılar ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalmış, milli və dini mənsubiyyətinə görə kütləvi şəkildə qətlə yetirilmişlər. Xüsusilə XX əsrin əvvəllərindən etibarən ermənilər tərəfindən həm Azərbaycanın müxtəlif bölgələrində, həm də indiki Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı sistemli və amansız cinayətlər törədilmişdir.

Bu hadisələr xalqımızın tarixi yaddaşında silinməz iz qoymuşdur. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, İrəvan, Naxçıvan, Lənkəran, Gəncə, Göyçay, Şəki, Sabirabad, Salyan, Kürdəmir və digər bölgələrdə törədilmiş kütləvi qırğınlar həmin ərazilərdə yaşayan azərbaycanlı əhalinin tarixi mövcudluğunu aradan qaldırmağa yönəlmiş məqsədli siyasətin tərkib hissəsi olub".
Bildirilib ki, 1918-ci ilin mart hadisələri zamanı Şamaxı qəzasında 110, Qarabağda 150-dən çox, Zəngəzur qəzasında 115, Qars vilayətində 98, Quba qəzasında isə 167 kənd yandırılaraq viran edilib, dinc və müdafiəsiz əhali misli görünməmiş qəddarlıqla qətlə yetirilib.

Arxiv materialları, tarixi sənədlər və digər mötəbər mənbələr bu faciələri danılmaz sübutlarla təsdiq edir. Sağ qalan şahidlərin ifadələri və digər hüquqi sənədlər qətliamların geniş miqyasını ətraflı şəkildə əks etdirir, hadisələrin təsadüfi xarakter daşımadığını, əvvəlcədən planlaşdırılmış və məqsədyönlü etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu sübuta yetirir. Aparılmış araşdırmalar və hüquqi təhlillər törədilmiş cinayətlərin beynəlxalq hüquqa əsasən məhz soyqırımı cinayəti olduğunu sübut edir:

"1918-ci ilin mart-aprel hadisələri zamanı mülki əhalinin milli və dini mənsubiyyətinə görə sistemli şəkildə qətlə yetirilməsinə və soyqırımı cinayətlərinə beynəlxalq miqyasda təəssüf ki, hələ də ədalətli mövqe bildirilməyib.

Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş silsilə etnik təmizləmə və soyqırımı cinayətlərinə beynəlxalq təşkilatlar və BMT-nin üzv dövlətləri prinsipial mövqe bildirməli və 1918-ci il hadisələrini soyqırımı kimi tanımalıdır", deyə bəyanatda vurğulanıb.

Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
Gölə üzməyə girən 16 yaşlı oğlan qızıl külçə tapdı - FOTO
Gölə üzməyə girən 16 yaşlı oğlan qızıl külçə tapdı - FOTO
Latviya Prezidentinin səfəri başa çatdı
Latviya Prezidentinin səfəri başa çatdı
Satışlarda sağlamlıq enişi: həyat tərzi pivə nəhəngini sarsıdır
Satışlarda sağlamlıq enişi: həyat tərzi pivə nəhəngini sarsıdır
İncəsənət məktəblərinə qəbul üzrə imtahanlar başlayır
İncəsənət məktəblərinə qəbul üzrə imtahanlar başlayır
Azərbaycanda daha bir məktəbdə insident: 14 yaşlı şagird bıçaqlandı
Azərbaycanda daha bir məktəbdə insident: 14 yaşlı şagird bıçaqlandı
Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq