Trampa etimad kəskin aşağı düşüb - SORĞU

Tarix:31-12-2025, 15:00
Baxış Sayı:0

Trampa etimad kəskin aşağı düşüb - SORĞU

ABŞ vətəndaşlarının yarıdan çoxu prezident Donald Trampın ikinci müddətinin ilk ili üzrə fəaliyyətinin nəticələrini bəyənmir.

igia.az xəbər verir ki, bu barədə "Economist" jurnalı və "YouGov" şirkətinin apardığı araşdırmada bildirilir.

Sorğuda iştirak edənlərin 39 faizi Trampın fəaliyyətini dəstəklədiyini, 56 faizi isə onu bəyənmədiyini qeyd edib.

Demokrat Partiyasının tərəfdarları arasında nisbət 4 faiz dəstək – 95 faiz narazılıq, Respublikaçılar arasında isə 88 faiz dəstək – 10 faiz narazılıq təşkil edir. Özünü heç bir partiyaya aid etməyən seçicilər arasında isə prezidentin fəaliyyətini 27 faiz bəyənir, 63 faiz isə onun kursu ilə razılaşmır.

Trampın siyasətinə ən aşağı dəstək 18–29 yaş qrupunda qeydə alınıb: bu kateqoriyada cəmi 29 faiz onu dəstəkləyir, 66 faiz isə narazıdır. ABŞ-ın hazırkı prezidenti ən yüksək dəstəyi 65 yaşdan yuxarı şəxslər arasında alır – burada təsdiq səviyyəsi 45 faizdir. Lakin bu yaş qrupunda belə narazılıq göstəricisi daha yüksəkdir – 54 faiz.

Araşdırma 26–29 dekabr tarixlərində ABŞ-ın yetkin vətəndaşları arasında aparılıb. Sorğunun statistik səhv payı açıqlanmayıb.

Amerika KİV-ləri və sosioloqların apardığı digər sorğular da Trampın reytinqinin azaldığını göstərir. "Economist" və "YouGov" onu son dövrlərin ABŞ prezidentləri arasında ən ciddi reytinq itkilərinə məruz qalan dövlət başçısı kimi qiymətləndirir.

NORC tədqiqat mərkəzi və "Associated Press" agentliyi öz sorğularına əsaslanaraq, Amerika liderinin iqtisadi siyasətinə dəstəyin zəiflədiyini bildiriblər.

"Politico" nəşrinin "Public First" şirkəti ilə birgə apardığı araşdırmaya görə isə ABŞ sakinlərinin təxminən yarısı gündəlik xərcləri – ərzaq, dərman və kommunal ödənişləri qarşılamaqda çətinlik çəkir.

Donald Tramp isə öz növbəsində sosioloqları ABŞ iqtisadiyyatının real vəziyyəti barədə yalan məlumat yaymaqda ittiham edir.

Şəfanın və etimadın ünvanı – Gəncə-Naftalan Sağlamlıq Mərkəzi
Şəfanın və etimadın ünvanı – Gəncə-Naftalan Sağlamlıq Mərkəzi
Yazıçılar Birliyinə qəbul dayandırıldı
Yazıçılar Birliyinə qəbul dayandırıldı
Kirpik diblərinin qaşınması təhlükəlidir - Bu xəstəliyin əlaməti ola bilər
Kirpik diblərinin qaşınması təhlükəlidir - Bu xəstəliyin əlaməti ola bilər
DÇ-2026: II turun oyunlarına start verilir
DÇ-2026: II turun oyunlarına start verilir
Azərbaycanda çoban həbs edildi - Milyonluq yeyinti
Azərbaycanda çoban həbs edildi - Milyonluq yeyinti
Cəlilabadda montyoru "tok" vurdu
Cəlilabadda montyoru "tok" vurdu
İsveç səfiri Azərbaycanı tərk edir - FOTO
İsveç səfiri Azərbaycanı tərk edir - FOTO
Sertifikasiyaya qatılmayan müəllimlərin sayı məlum oldu
Sertifikasiyaya qatılmayan müəllimlərin sayı məlum oldu