Polad Həşimovun Aprel döyüşlərindəki FOTOSU

Tarix:2-04-2026, 16:30
Baxış Sayı:3

Polad Həşimovun Aprel döyüşlərindəki FOTOSU

Polad Həşimovun Aprel döyüşləri zamanı cəbhədə çəkilən şəklini həyat yoldaşı Ofelya Salmanova paylaşıb.

igia.az xəbər verir ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən etibarən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri kimi düşən bu hərbi əməliyyatlar zamanı Polad Həşimov 1-ci Ordu Korpusu komandirinin müavini, qərargah rəisi vəzifəsində xidmət edirdi.

Cəbhənin Tərtər istiqamətində gedən döyüşlərin idarə olunması məhz ona həvalə olunmuşdu. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində yerləşən əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi.

Polkovnik Polad Həşimov Azərbaycanın ərazi bütövlüyünün qorunmasında göstərdiyi xüsusi xidmətlərə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Prezident İlham Əliyev tərəfindən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunur.

Aprel döyüşləri zamanı Tərtər istiqamətində gedən döyüşlərin uğurlu idarə edilməsinə görə Polad Həşimova mənzil hədiyyə edilib. Lakin kirayədə yaşamasına baxmayaraq, o, həmin mənzili Aprel döyüşlərində şəhid olan hərbçinin ailəsinə bağışlayır.

Qeyd edək ki, Polad Həşimov 2020-ci ildə Tovuz döyüşləri zamanı şəhid olub. O, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA