Azərbaycanda meyvə-tərəvəz və tikinti materialları ucuzlaşır

Tarix:9-04-2026, 09:00
Baxış Sayı:3

Azərbaycanda meyvə-tərəvəz və tikinti materialları ucuzlaşır

İran və ABŞ arasında iki həftəlik atəşkəsin qüvvəyə minməsi, həmçinin Hörmüz boğazındakı məhdudiyyətlərin aradan qaldırılması regionda baş verən prosesləri yenidən gündəmə gətirib. Bu fon İrandan Azərbaycana idxal olunan məhsulların qiymətində müharibə ərəfəsində müşahidə olunan dəyişikliklərə də diqqəti artırır. Eyni zamanda, son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılı hava şəraiti də bazarda qiymət dinamikasına təsir edən amillər sırasında yer alır. Mövcud vəziyyət həm idxal məhsullarında, həm də daxili bazarda qiymət dəyişikliklərinin hansı istiqamətdə formalaşdıcağı ətrafında müəyyən suallar yaradır.

Mövzu ilə bağlı igia.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, İranda atəşkəs fonunda əsas dəyişiklik logistika və nəqliyyat xərclərinin azalması ilə nəzərə çarpır.

"Müharibə riski yüksək olanda sərhəd keçidləri çətinləşir, daşınma bahalaşır və bu da Azərbaycana idxal olunan məhsulların qiymətinə birbaşa təsir edir. Risklər azaldıqca xüsusilə İrandan gətirilən meyvə-tərəvəz, tərəvəz məhsulları, kartof, soğan, pomidor, xiyar kimi gündəlik ərzaqlarda müəyyən ucuzlaşma ola bilər. Həmçinin tikinti materialları, sement, bəzi plastik və kimyəvi məhsulların qiymətində də yumşalma mümkündür".

Onun sözlərinə görə, müharibə ərəfəsində isə əsas bahalaşma məhz bu kateqoriyalarda müşahidə olunurdu.

"Sərhəddə gecikmələr və daşınma riskləri səbəbindən tez xarab olan məhsullar - meyvə-tərəvəz daha çox bahalaşmışdı. Eyni zamanda yanacaq və logistika xərclərinin artması tikinti materialları və sənaye məhsullarının da qiymətini yüksəltmişdi", - deyə A.Nəsirli qeyd edib.

A.Nəsirli eyni zamanda bir müddət əvvəl ölkəmizdə müşahidə olunan intensiv yağıntıların bazara təsiri məsələsinə də aydınlıq gətirib:

"Azərbaycanda müşahidə olunan intensiv yağıntılar da bazara təsirsiz qalmadı. Yağışlı hava şəraiti yerli istehsal olan tərəvəzlərin yığımını və bazara çıxarılmasını çətinləşdirdi, bu da xüsusilə göyərti, pomidor, xiyar kimi məhsullarda qiymət artımına səbəb oldu. Bəzi hallarda məhsulun keyfiyyəti aşağı düşdüyü üçün təklif azaldı və qiymətlər yüksəldi.

Ümumiyyətlə hazır vəziyyətdə həm hava şəraiti, həm də regional siyasi risklər qiymətlərə paralel təsir edir. Əgər hava stabilləşsə və regionda gərginlik azalmaqda davam etsə, bazarda xüsusilə ərzaq məhsullarında nisbi ucuzlaşma müşahidə oluna bilər", - deyə o fikrini tamamlayıb.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA