“Qurban Qurbanov çox sərt məşqçidir” - Koxalski

Tarix:3-01-2026, 10:00
Baxış Sayı:5

“Qurban Qurbanov çox sərt məşqçidir” - Koxalski
“Qurban Qurbanov çox sərt və tələbkar məşqçidir”.

igia.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Mateuş Koxalski “Region Plus”a müsahibəsi zamanı deyib.

O, komandanın uğurlarının səbəbinin Qurban Qurbanovun sərt olmasına bağlayıb: “Məhz buna görə “Qarabağ” bu səviyyədə çıxış edir. Çempionatda isə ən çətin rəqiblər “Zirə” və “Sabah”dır. Güclü futbolçuları və yüksək motivasiyaları var. Ümumilikdə liqanın hər mövsüm inkişaf etdiyini görmək mümkündür”.

Qolkiper komandada ən yaxın olduğu futbolçunun Aleksey Kaşuk olduğunu bildirib: “Ən yaxın münasibətim Kaşukladır. İlk gündən aramızda yaxşı əlaqə yarandı və daha çox vaxtı onunla keçirirəm. Amma ümumilikdə komandada hər kəslə münasibətim çox yaxşıdır. Ümumiyyətlə isə Azərbaycanda insanların mehribanlığı gözəldir. Mənfi tərəfləri yol hərəkət qaydalarıdır. Bəzən qaydasız yarışa bənzəyir. Azərbaycan mətbəxindən isə paxlava ən sevdiyim desertdir, ona qarşı durmaq çətindir”. (qafqazinfo)

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA