Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Tarix:10-04-2026, 14:30
Baxış Sayı:1

Söyüş söyən daha bir tiktoker SAXLANILDI

Tiktok-da söyüş söyən daha bir nəfər məsuliyyətə cəlb olunub.

Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini olan 29 yaşlı Sadiq Göyüşov (ad və soyad şərtidir) tiktok sosial şəbəkəsində paylaşdığı videoda əxlaqsız ifadələr işlədərək ictimai mənəviyyatı təhqir edib.

Buna görə də onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.

3 uşaq atası olan tiktoker törətdiyi əməldən peşman olduğunu və bunun pozuntu olmasından xəbəri olmadığını deyərək barəsində yüngül cəza verilməsini xahiş edib. O, həmçinin videonu tanışlarına göstərmək üçün paylaşdığını bildirib.

Məhkəmənin hökmü ilə onun barəsində 700 manat inzibati cərimə cəzası təyin edilib.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA