Şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü

Tarix:10-04-2026, 10:00
Baxış Sayı:1

Şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü

Gəncə şəhəri, Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta ümumtəhsil məktəbində dərs zamanı şagirdlərin ailələrini təhqir etdiyi deyilən müəllimlə bağlı Əmək Məcəlləsinə uyğun olaraq müvafiq tədbir görülüb.

Bu barədə igia.az-ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən məktəbin müəllimi Tünzalə Qasımovanın dərs zamanı əvvəlcə azyaşlı şagirdlərdən birini, daha sonra isə sinifdə oxuyan uşaqların ailələrini təhqir etdiyi ilə bağlı səs yazısı yayılmışdı.

İdarədən vurğulanıb ki, yayılan səs yazısı ilə bağlı müvafiq araşdırma aparılıb. Araşdırma çərçivəsində mütəxəssislər məktəbin şagird və valideynləri ilə görüşüb, məsələ ətraflı şəkildə müzakirə olunub.

Bildirilib ki, səs yazısında adı hallanan müəllimlə bağlı Əmək Məcəlləsinə uyğun olaraq müvafiq tədbir görülüb.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA