Sığorta tarifləri ilə bağlı yenilik - AÇIQLAMA

Tarix:14-04-2026, 09:30
Baxış Sayı:2

Sığorta tarifləri ilə bağlı yenilik - AÇIQLAMA

Zərərlilik əmsalı üzrə hesablamalar yalnız qeyri-həyat sığorta növləri üçün aparılıb və təqdim olunan məlumatlar da məhz bu seqmenti əhatə edir.

igia.az xəbər verir ki, bu fikirləri 2025-ci il üzrə "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında Mərkəzi Bankın Baş direktoru Şahin Mahmudov deyib.

Qurum rəsmisinin sözlərinə görə, orta göstərici təxminən 55 faiz təşkil edir.

“Ən böyük artım avtomobillərin icbari sığortası üzrə qeydə alınıb. Bu artım, xüsusilə taksi fəaliyyəti ilə bağlı edilən dəyişikliklərlə əlaqələndirilir və qeyd olunduğu kimi, tətbiq edilən artım 50 faiz səviyyəsindədir. Sərt əmsal da məhz bu həddə müəyyənləşdirilib və illik artım 50 faiz təşkil edir. Bildiririk ki, bu dəyişikliklərin ödənişlərə birbaşa təsiri yoxdur”.

Ş.Mahmudov həmçinin vurğulayıb ki, əslində ödənişlərin artması zərərliyin yüksəlməsinə səbəb olur və nəticədə taksi xidmətləri üzrə risklər artır:

“Bu isə sığorta tariflərinin yüksəldilməsini şərtləndirir. Digər nəqliyyat vasitələrinə isə bu dəyişikliklər təsir etmir.

Daşınmaz əmlak anlayışı ilə bağlı yeni layihə variantı artıq ictimaiyyətə təqdim edilib. Layihənin əsas məqsədi katastrofik risklərin daha dəqiq qiymətləndirilməsi, eləcə də dövlət büdcəsinə düşə biləcək potensial risk və xərclərin azaldılmasıdır”, - deyə o qeyd edib.

Sabah 40 dərəcə isti olacaq
Sabah 40 dərəcə isti olacaq
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Novxanıdakı istirahət mərkəzində ölüm
Novxanıdakı istirahət mərkəzində ölüm
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI