"iPhone 17" smartfonlarında qeyri-adi problem tapıldı

Tarix:3-01-2026, 12:30
Baxış Sayı:1

"iPhone 17" smartfonlarında qeyri-adi problem tapıldı


"iPhone 17 Pro" və "iPhone 17 Pro Max" modellərinin bəzi istifadəçiləri qeyri-adi problemlə üzləşiblər.

igia.az xəbər verir ki, telefon enerji yığımı zamanı, ekran açıq olduqda, dinamiklərdən zəif xışıltı səsi eşidilə bilər.

İstifadəçilərin bildirdiklərinə görə, bu səs yalnız şarj qurğuya qoşulduqda yaranır - istər kabel vasitəsilə, istərsə də "MagSafe" simsiz enerji yığımı zamanı. Şarj kəsildikdə isə səs də yox olur.

Bəzi istifadəçilər cihazlarını zəmanət çərçivəsində dəyişiblər, lakin eyni problem bəzən yeni götürdükləri telefonlarda da ortaya çıxıb.

"Apple" mütəxəssisləri vəziyyətdən xəbərdardır və məsələni araşdırmaq üçün onu mühəndislərə ötürüblər. Əgər səbəb proqram təminatındakı nasazlıqdırsa (məsələn, enerji idarəetməsi və ya audio drayverlərlə bağlı), problem gələcək "İOS" yeniləməsi ilə aradan qaldırıla bilər. Əgər problem aparat hissəsi ilə bağlıdırsa, şirkətin pulsuz təmir və ya dəyişdirmə təklif edəcəyi gözlənilir.(oxu.az)

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA