Türkiyədə məktəbə yeni hücum planı: 8 şagirdə qəfil əməliyyat - DETALLAR

Tarix:18-04-2026, 10:00
Baxış Sayı:1

Türkiyədə məktəbə yeni hücum planı: 8 şagirdə qəfil əməliyyat - DETALLAR

İzmirin Torbalı rayonunda bir məktəbdə hücum planlaşdırdığı iddia edilən 8 şagird jandarma qrupları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

igia.az xəbər verir ki, Torbalı rayonundakı Özəl İzmir Pancar O.S.B. Peşə və Texniki Anadolu Liseyində təhsil alan bir qrup şagirdin öz aralarında yaratdıqları mesajlaşma qrupunda terror aktı planlaşdırdıqları müəyyən edilib. "12/A Aviyonik" adlı 20 nəfərlik "WhatsApp" qrupunda yazışan şagirdlərin, son günlərdə Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumlarına bənzər bir aksiya üzərində detallı müzakirələr apardıqları bəlli olub.

Əldə edilən məlumatlar əsasında hərəkətə keçən jandarma qrupları müəyyən olunmuş ünvanlara eyni vaxtda əməliyyat təşkil edib. Əməliyyat nəticəsində mesajlaşma qrupunda yer alan və hücum hazırlığında olduğu iddia edilən T.Y., A.K., A.E.Ö., E.K., R.D., F.G., Ç.S. və A.Ç. yaxalanaraq nəzarətə götürülüb. Şübhəlilərin evlərində və rəqəmsal daşıyıcılarında aparılan axtarışlar zamanı əldə edilən sübutlar ekspertizaya göndərilib.

Saxlanılan 12-ci sinif şagirdlərinin Rayon Jandarma Komandanlığındakı dindirilmələri davam edir. Respublika Prokurorunun göstərişi ilə hadisə ilə bağlı başladılan genişmiqyaslı araşdırmalar sürdürülür.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA