Maduro yataq otağında tutulubmuş - YENİ DETALLAR

Tarix:3-01-2026, 14:00
Baxış Sayı:2

Maduro yataq otağında tutulubmuş - YENİ DETALLAR

ABŞ xüsusi təyinatlı qüvvələrinin Venesuela prezidenti Nikolas Maduronu saxlaması ilə bağlı yeni detallar yayılıb.

igia.az xəbər verir ki, CNN telekanalının vəziyyətlə tanış mənbələrə istinadən verdiyi məlumata görə, Maduro və həyat yoldaşı Kilia Flores gecə saatlarında, yatdıqları zaman yataq otaqlarında yaxalanıblar. Bildirilir ki, ABŞ hərbçiləri onların evinə qəfil daxil olub və cütlük müqavimət göstərməyib.

Məlumata görə, əməliyyat ABŞ ordusunun “Delta” adlı elit xüsusi təyinatlı bölməsi tərəfindən həyata keçirilib. Əməliyyatdan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi Maduronun dəqiq yerini müəyyən edib. Məlumata əsasən, prezident Donald Trump Maduronun saxlanılmasına bir neçə gün əvvəl razılıq verib.

ABŞ hərbçiləri əməliyyatı Milad günlərində keçirməyə hazır olsalar da, Nigeriyada “İslam Dövləti” hədəflərinə endirilən hava zərbələri və sonradan hava şəraiti səbəbindən plan bir neçə dəfə təxirə salınıb.

Qeyd edək ki, “Delta” qüvvələri ABŞ ordusunun ən məxfi və elit xüsusi təyinatlı bölmələrindən biri sayılır. Şimali Karolinadakı Fort-Bragg bazasında yerləşən bu bölmə təxminən 2 min hərbçidən ibarətdir və əsasən antiterror əməliyyatları, girovların azad edilməsi və yüksək riskli gizli missiyalar üzrə ixtisaslaşıb.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA