"Koroğlu" stansiyasında nə baş verir?— Rəsmi açıqlama

Tarix:22-04-2026, 17:00
Baxış Sayı:3

"Koroğlu" stansiyasında nə baş verir?— Rəsmi açıqlama

Saytımıza daxil olan müraciətdə bu gün səhər saatlarında metronun “Koroğlu” stansiyasına girişin məhdudlaşdırıldığı bildirilib. Məsələnin mahiyyətini aydınlaşdırmaq və məlumatı dəqiqləşdirmək üçün Bakı Metropoliteni QSC ilə əlaqə saxladıq.

Qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, metrodakı vəziyyətlə bağlı dünəndən etibarən məlumat paylaşılıb:

“Bu barədə “WhatsApp” qrupuna da məlumat yönləndirilmişdi. Bu gün isə iş günü olmasına baxmayaraq, şənbə günü prinsiplərinə uyğun qrafik tətbiq edilib. Bunun əsas səbəbi həm sərnişin axınının nisbətən seyrək olacağını nəzərə almaq, həm də əvvəlki gün baş vermiş texniki insidentlə bağlı araşdırma və zəruri tədbirləri daha operativ şəkildə həyata keçirməkdir. Əslində əvvəlcədən bu vəziyyət proqnozlaşdırılıb. Buna görə də bütün stansiyalara müvafiq tapşırıqlar verilib”.

Bəxtiyar Məmmədov bildirib ki, stansiya platformalarında sərnişinlərin həddindən artıq toplanması təhlükəli vəziyyət yarada bilər. Buna görə də giriş və keçid qapılarında sərnişin axını mərhələli şəkildə içəri buraxılır. Bu, metronun tam bağlanması demək deyil, sadəcə təhlükəsizlik məqsədilə həyata keçirilən tənzimləmə prosesidir. Axşam saatlarında sıxlığın yenidən artacağı gözlənilir və metropoliten rəhbərliyi bu vəziyyəti daim nəzarətdə saxlayır.

“Bu məqsədlə tənzimləmə prosesinə birbaşa giriş və keçid qapılarından başlanılıb. Məqsəd platformalarda ifrat yüklənmənin qarşısını almaqdır. Çünki belə hallar arzuolunmaz və təhlükəli nəticələrə səbəb ola bilər. Bu gün metrolara sərnişinlərin giriş-çıxışı təmin edilib. Axşam saatlarında bəzi stansiyalarda sıxlığın artacağı gözlənilir və bu səbəbdən tənzimləmə tədbirləri davam etdirilir. Girişlər tam bağlanmayıb, sadəcə olaraq platformalarda sıxlığın yaranmaması üçün sərnişin hərəkəti tənzimlənmiş şəkildə həyata keçirilir”.

Yəni, metronun "Koroğlu" və digər stansiyalarında sərnişinlərin içəri hissə-hissə buraxılması platformalarda sıxlıq və təhlükə yaranmaması üçündür.

Xatırladaq ki, ötən gün Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Buna səbəb isə dünən saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlığın yaranması olub.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA