Ətrafınızdakı 5 insan sizin maddi vəziyyətinizi müəyyən edir

Tarix:24-04-2026, 16:46
Baxış Sayı:6

Ətrafınızdakı 5 insan sizin maddi vəziyyətinizi müəyyən edir

Sizin iqtisadi vəziyyətinizi yaxın çevrənizdəki 5 dostunuz müəyyən edir.

igia.az xarici KİV-ə istinadla xəbər verir ki, bu fikirlər yazıçı, motivasiya spikeri Cim Ronun (Jim Rohn) məşhur sitatına əsaslanır.

Onun dediyinə görə, ətrafınızdakı 5 nəfərin qazancının ortalaması, çox vaxt sizin gəlir səviyyənizə yaxın olur.

Bu vəziyyət təsir effekti ilə əlaqələndirilir.

Yazıçı deyirdi ki, ətrafınızdakı insanlar sizin özünəinamınıza, hədəflərinizə, və davranışlarınıza təsir göstərir.
Onun fikrincə, pozitiv, hədəfi olan insanlar sizi irəli çəkir, neqativ və şikayət edən insanlar isə sizi olduğunuz yerdə saxlayır və ya geriyə salır.

Lakin amerikalı tanınan həkim, yazıçı və podkast aparıcısı Cordan Qrumet 5 dostla bağlı deyilənlərlə razılaşmır. O hesab edir ki, müasir həyat dostlar arasında yaxınlığı məhv edib və əlaqələr əvvəlki kimi deyil.

Ona görə də, Qrumet deyir ki, bu gün biz ətrafımızdakı beş insanın ortalaması deyilik.
Yazıçı düşünür ki, uğurlu insanların yanında olmaq praktikada işə yaramır.

Hansı fikrin daha doğru olduğunu bilmək üçün ətrafınızdakı 5 nəfərə diqqət yetirə bilərsiniz.

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA