4 illik futboldan uzaqlaşdırıldı

Tarix:30-04-2026, 09:30
Baxış Sayı:1

4 illik futboldan uzaqlaşdırıldı

İngiltərə Futbol Assosiasiyası (FA) dopinq testinin nəticəsi müsbət çıxan “Çelsi”nin ukraynalı futbolçusu Mixail Mudriki 4 il müddətinə futboldan uzaqlaşdırıb.

igia.az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Ben Ceykobs məlumat yayıb.

Məlumata görə, 25 yaşlı futbolçunun orqanizmində qadağan olunmuş meldonium maddəsi aşkar edilib. “Çelsi” klubu hələ 2024-cü ilin dekabrında futbolçunun dopinq testinin müsbət nəticə verdiyini və onun müvəqqəti olaraq komandadan kənarlaşdırıldığını elan etmişdi.

Mudrik isə verilən sərt qərarla barışmayaraq fevralın 26-da İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti təqdim edib. Hazırda tərəflər yazılı izahatlarını təqdim edirlər, lakin məhkəmə iclasının dəqiq tarixi hələ müəyyənləşməyib. Futbolçu öz müdafiəsində qadağan olunmuş maddənin bədəninə bilmədən daxil olduğunu iddia edir.

Qeyd edək ki, Mudrikin iştirak etdiyi son rəsmi oyun 2024-cü ilin noyabrında Konfrans Liqası çərçivəsində Almaniyanın “Haydenhaym” klubuna qarşı (2:0) keçirilən matç olub. Həmin görüşdə ukraynalı oyunçu komandasının qollarından birinə imza atmışdı.

2023-cü ilin yanvarında “Şaxtyor”dan “Çelsi”yə rekord məbləğə – bonuslarla birlikdə 100 milyon avroya transfer olunan futbolçunun karyerası bu hadisədən sonra böyük sual altına düşüb. Belə ki, 2026-cı ilin fevralında nüfuzlu ESPN nəşri Mudrikin transferini İngiltərə Premyer Liqası tarixinin ən uğursuz transferləri siyahısında birinci yerə layiq görüb. Hazırda futbolçu fərdi məşqlərlə formasını qorumağa çalışır.(qafqazinfo)

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA