"Prezidentin bu mövqeyi xəbərdarlıq xarakteri daşıyır" - MÜHÜM AÇIQLAMA

Tarix:3-01-2026, 17:30
Baxış Sayı:0

"Prezidentin bu mövqeyi xəbərdarlıq xarakteri daşıyır" - MÜHÜM AÇIQLAMA
"Prezident İlham Əliyevin Yeni il münasibətilə xalqa müraciətində səsləndirdiyi "hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir" fikri sözügedən istiqamətdə Azərbaycan dövlətinin sistemli, ardıcıl mövqeyini ifadə edir. Bu bəyanat Azərbaycan dövlətinin milli kimlik məsələsinə yanaşmasının hüquqi və siyasi çərçivəsini də açıq şəkildə ortaya qoyur".

Bu sözləri açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib.

Millət vəkilinin sözlərinə əsasən, dövlət başçısının bu mövzuda çıxışlarının ardıcıllığı göstərir ki, bu mövqe hadisələrə situativ reaksiyadan irəli gəlmir:

"Prezident İlham Əliyev əvvəlki illərdə də, xüsusilə Türk Dövlətləri Təşkilatının Zirvə toplantılarında etnik mənsubiyyətə görə təzyiq, ayrı-seçkilik və zorakılıq hallarını regional təhlükəsizlik problemi kimi qiymətləndirib. Prezidentin "Ana Vətən müstəqil Azərbaycan dövlətidir" tezisi də emosional identifikasiya deyil. Bu, dövlətin siyasi məsuliyyətini və hüquqi mövqeyini ifadə edən bir yanaşmadır. Dövlət bu fikirlə açıq şəkildə bildirir ki, azərbaycanlıların hüquqlarının pozulması, harada baş verməsindən asılı olmayaraq, Azərbaycanın legitim maraqları çərçivəsinə daxildir.

Bu mövqe beynəlxalq praktikada "ekstraterritorial humanitar məsuliyyət" anlayışına uyğun gəlir və dövlətin siyasi fəaliyyət radiusunu genişləndirir.

Türk Dövlətləri Təşkilatının Zirvə toplantılarında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bu mövqeni daha sərt çərçivəyə salır. Dövlət başçısı türk dünyasına qarşı yönəlmiş etnik təzyiqləri təkcə humanitar problem deyil, geosiyasi alət kimi qiymətləndirib. Bu yanaşma açıq şəkildə göstərir ki, etnik faktor bəzi güclər tərəfindən daxili sabitliyi pozmaq və regional balansı dəyişmək məqsədilə istifadə olunur.

Prezident konkret ölkənin adını çəkmədən, Azərbaycan dövlətinin baş verənləri qeydə aldığını və bu prosesləri səssiz müşahidə etmədiyini bəyan edir".

Elçin Mirzəbəylinin fikrincə, bu, klassik diplomatik dildə xəbərdarlıqdır və qarşı tərəflərə ünvanlanmış açıq mesajdır:

"Yəni azərbaycanlılara qarşı zorakılıq dövlətlərarası münasibətlərdə neytral məsələ hesab olunmur və olunmayacaq.

Prezidentin çıxışlarında diqqət çəkən digər mühüm məqam dövlətin məsuliyyət anlayışının sərhədlərinin genişləndirilməsidir. Burada artıq yalnız vətəndaşlıq institutu deyil, milli mənsubiyyət faktoru ön plana çıxır. Bu yanaşma postsovet məkanında formalaşmış və diasporu özünün nəzarət obyekti kimi görən siyasi praktikalara açıq mövqe nümayiş etdirir, Azərbaycanın bu siyasətlə razılaşmadığını göstərir.

Dövlət başçısının Türk Dövlətləri Təşkilatının toplantılarında səsləndirilən mesajları və Yeni il müraciətindəki fikirlərini birlikdə nəzərdən keçirdikdə aydın olur ki, Azərbaycan bu məsələni təkbaşına deyil, regional müttəfiqlərlə birlikdə gündəmdə saxlamaq niyyətindədir.

Düşünürəm ki, Prezident İlham Əliyevin azərbaycanlıların taleyi ilə bağlı mövqeyi siyasi xəbərdarlıq xarakteri daşıyır. Bu mövqe dövlətin öz milli resurslarını və siyasi təsir imkanlarını müdafiə etməyə hazır olduğunu göstərən açıq mesajdır".

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA