Xalqın Sevimli Din Xadimi Ağır Sınaq Qarşısında — Hacı Tahir Abbasovdan Duyğulandıran Sözlər

Tarix:Вчера, 10:30
Baxış Sayı:6

Azərbaycanın tanınmış din xadimlərindən biri, Hacı Tahir Abbasov son günlər ciddi səhhət problemləri səbəbindən Bakıda xəstəxanaya yerləşdirilərək cərrahi əməliyyata alınıb. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü olan Hacı Tahir Abbasovun səhhətində yaranan ağır durum cəmiyyətdə böyük narahatlıq və kədər hissi doğurub.
Uzun illər xalqın mənəvi dünyasına xidmət edən din xadimi ürək və ağır şəkər xəstəliyindən əziyyət çəkir. Səhhətindəki problemlər nəticəsində onun görmə qabiliyyətində ciddi çətinliklər yaranıb. Həkimlərin müdaxiləsi ilə bir gözündən əməliyyat keçirilsə də, nəticənin necə olacağı hələ tam məlum deyil.

Hacı Tahir Abbasov xəstəxana yatağından verdiyi açıqlamada yenə də özünə deyil, xalqına və dövlətinə dua etdiyini bildirib. Onun səmimi və təsirli sözləri insanlarda dərin duyğular yaradıb:
“Ümidim Uca Allaha qalıb…”
Bu qısa, amma mənalı cümlə bir insanın həm ağrısını, həm də sonsuz inancını ifadə edir.
O qeyd edib ki, illər boyu etdiyi dualarda daim Azərbaycan xalqını, dövlətini və ölkə rəhbərliyini yad edib. Bu gün də ağır vəziyyətdə olsa belə, həmin duaların davam etdiyini vurğulayıb. Onun sözlərində həm böyük mənəviyyatın, həm də Vətənə bağlılığın dərin izləri hiss olunur.
İctimai Güvənlik İnformasiya Agentliyi — İGİA olaraq hesab edirik ki, Hacı Tahir Abbasov kimi şəxslər cəmiyyət üçün yalnız din adamı deyil, həm də milli-mənəvi dəyərlərin daşıyıcısıdır. Onların ömür yolu xalqın yaddaşında mərdlik, sədaqət və mübarizə nümunəsi kimi qalır.
Qeyd etmək lazımdır ki, Hacı Tahir Abbasov Azərbaycanın Milli Azadlıq Hərəkatında fəal iştirak edən şəxslərdən biri olub. O, keçmiş Sovet təhlükəsizlik sistemi tərəfindən təqiblərə məruz qalıb, hətta Moskvadakı məşhur Lefortovo həbsxanasında siyasi məhbus həyatı yaşayıb. Bütün təzyiqlərə baxmayaraq, öz əqidəsindən və xalqına bağlılığından geri çəkilməyib.
Onun ailəsinin dövlətə sədaqəti də xüsusi hörmət doğurur. 2018-ci ildə Gəncə hadisələri zamanı qardaşı, polis polkovnik-leytenantı Səməd Abbasov ictimai sabitliyin qorunması zamanı həyatını itirib. Bu ailənin həm mənəviyyata, həm də dövlətçiliyə bağlılığı cəmiyyət tərəfindən daim ehtiramla qarşılanır.
İGİA olaraq Uca Allahdan Hacı Tahir Abbasova şəfa diləyir, tezliklə sağalaraq yenidən xalq arasında olmasını arzulayırıq.
Allah şəfa versin!

“Rozetka”ların hazırlanmasında insan tükündən istifadə edilir?
“Rozetka”ların hazırlanmasında insan tükündən istifadə edilir?
TƏHSİLƏ HƏSR OLUNMUŞ FƏDAKARLIĞIN DƏYƏRİ:
TƏHSİLƏ HƏSR OLUNMUŞ FƏDAKARLIĞIN DƏYƏRİ:
At əti verilən şadlıq evləri – CƏZA çıxış yoludurmu?
At əti verilən şadlıq evləri – CƏZA çıxış yoludurmu?
Yaponlar Azərbaycan milli geyimi geyindilər, rəqslərimizi ifa etdilər - VİDEO
Yaponlar Azərbaycan milli geyimi geyindilər, rəqslərimizi ifa etdilər - VİDEO
AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: "Dolabda dollar "paçka"ları vardı"
AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: "Dolabda dollar "paçka"ları vardı"
Mikayıl İsmayılov nəvəsinin anasından şikayət yazdı - Qadını həbs üçün Xətai Məhkəməsinə aparırlar
Mikayıl İsmayılov nəvəsinin anasından şikayət yazdı - Qadını həbs üçün Xətai Məhkəməsinə aparırlar
İranlı biznesmenlər Bakıya axışır - SƏBƏB