İranlı biznesmenlər Bakıya axışır - SƏBƏB

Tarix:Вчера, 12:00
Baxış Sayı:2

İranlı biznesmenlər Bakıya axışır - SƏBƏB

Ərdəbil əyalətindən olan tacirlər, iş adamları və icraedici qurumların rəhbərlərindən ibarət iqtisadi nümayəndə heyətini yaxın günlərdə Azərbaycan səfər edəcəyi bildirilir. Ərdəbil əyalətinin başçısı Məsud Emami Yeganə bildirib ki, səfər çərçivəsində malların idxalı və ticarət əlaqələrinin genişləndirilməsi məqsədi ilə lazımi məsləhətləşmələr aparılacaq. Vali qeyd edib ki, indiyədək 30 növ məhsul üzrə sifariş qeydə alınıb və həmin məhsulların bir hissəsinin idxalı artıq həyata keçirilib. Digər məhsulların idxalının isə Ərdəbil əyalətinin sərhəd imkanlarından istifadə edilməklə mərhələli şəkildə davam etdirilməsi planlaşdırılır.

İqtisadçı Xalid Kərimli bildirib ki, İranla əməkdaşlığın genişlənməsi üçün ilk növbədə qonşu ölkədən beynəlxalq sanksiyaların götürülməsi lazımdır: “Bu, münasibətlərin inkişaf etməsinə ciddi şəkildə mane olur. İrana pul köçürmələri etmək mümkün deyil. Ancaq nağd alış-veriş mümkündür. Əməkdaşlığın genişlənməsi üçün quru sərhədləri həm də açılmalıdır. Bu isə Azərbaycanın qərarıdır. Bu iki məsələ həlledicidir”.

Ötən il Azərbaycan-İran ticarət dövriyyəsi

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan və İran arasında ticarət dövriyyəsinin dəyəri 169 milyon 532 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7.8 faiz çoxdur. Son 1 ildə Azərbaycanın İrana ixracının dəyəri 42.3% azalaraq 2 milyon 848 min dollar, bu ölkədən idxalının dəyəri isə 9.4 % artaraq 166 milyon 684 min dollar olub. Hesabat dövründə İranla ticarət ümumi dövriyyənin 1.8 %-i qədər olub. İrana ixrac ümumi ixracın 0.05 %-ni, İrandan idxal isə ümumi idxalın 4.1%-ni təşkil edib.

“Rozetka”ların hazırlanmasında insan tükündən istifadə edilir?
“Rozetka”ların hazırlanmasında insan tükündən istifadə edilir?
TƏHSİLƏ HƏSR OLUNMUŞ FƏDAKARLIĞIN DƏYƏRİ:
TƏHSİLƏ HƏSR OLUNMUŞ FƏDAKARLIĞIN DƏYƏRİ:
At əti verilən şadlıq evləri – CƏZA çıxış yoludurmu?
At əti verilən şadlıq evləri – CƏZA çıxış yoludurmu?
Yaponlar Azərbaycan milli geyimi geyindilər, rəqslərimizi ifa etdilər - VİDEO
Yaponlar Azərbaycan milli geyimi geyindilər, rəqslərimizi ifa etdilər - VİDEO
AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: "Dolabda dollar "paçka"ları vardı"
AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: "Dolabda dollar "paçka"ları vardı"
Mikayıl İsmayılov nəvəsinin anasından şikayət yazdı - Qadını həbs üçün Xətai Məhkəməsinə aparırlar
Mikayıl İsmayılov nəvəsinin anasından şikayət yazdı - Qadını həbs üçün Xətai Məhkəməsinə aparırlar
İranlı biznesmenlər Bakıya axışır - SƏBƏB
İranlı biznesmenlər Bakıya axışır - SƏBƏB
Xalqın Sevimli Din Xadimi Ağır Sınaq Qarşısında — Hacı Tahir Abbasovdan Duyğulandıran Sözlər
Xalqın Sevimli Din Xadimi Ağır Sınaq Qarşısında — Hacı Tahir Abbasovdan Duyğulandıran Sözlər