At əti verilən şadlıq evləri – CƏZA çıxış yoludurmu?

Tarix:Вчера, 15:30
Baxış Sayı:5

At əti verilən şadlıq evləri – CƏZA çıxış yoludurmu?

Bakının Nizami rayonu ərazisində yerləşən “Alp Delux” şadlıq evində istehlaka təqdim olunan ətlərdə at DNT-sinin aşkarlanması cəmiyyətdə haqlı narahatlıq doğurub. Çünki burada söhbət insanların sağlamlığından, istehlakçı hüquqlarından, etik normalardan və ən əsası isə cəmiyyətin etimadından gedir. Çünki insanlar şadlıq evinə gedəndə sadəcə yemək yemirlər, onlar övladlarının toyunu, nişanını, ailə məclisini, həyatlarının ən önəmli günlərini həmin məkana etibar edirlər.

Qida Təhlükəsizliyi Agentliyinin açıqladığı faktlar vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Havalandırma sisteminin olmaması, qida ilə təmasda olan səthlərin gigiyenik materiallarla örtülməməsi, su xətlərinin izolyasiya edilməməsi, soyuducu avadanlıqların korroziyaya uğraması - bütün bunlar hamısı birbaşa insan sağlamlığı üçün risk hesab olunur. Üstəlik, laborator analiz nəticəsində ətlərdə at DNT-sinin aşkarlanması artıq məsələni tamamilə başqa müstəviyə keçirir.

Burada əsas sual budur: insanlar nə yediklərini bilirlərmi?



Sahibkarlar dövlətin yaratdığı rahat şəraitdən sui-istifadə edirlər” – Eyyub Hüseynov | HAKİMİYYET.İNFO.AZ -İctimai-Siyasi Media Portalı

Ən təhlükəli məqam isə budur ki, belə halların çoxunda müəssisələr inzibati cərimə ilə fəaliyyətlərini davam etdirirlər. Yəni bir müddət sonra həmin obyekt yenidən toy qəbul edir, yenidən süfrələr açır və yenidən insanlar oraya gedirlər. Bu isə cəmiyyətdə belə bir sual yaradır: əgər insan sağlamlığı ilə bağlı bu qədər ciddi pozuntu aşkarlanıbsa, niyə müəssisə tam bağlanmır?
O da məlumdur ki, problem yalnız bir şadlıq evi ilə məhdudlaşmır. Azərbaycanda bir çox insan artıq restoranda, dönərxanada, şadlıq evində və ya ictimai iaşə obyektində qarşısına qoyulan ətin həqiqətən hansı heyvana aid olduğuna şübhə ilə yanaşır. Çünki bəzi hallarda ucuz ətin daha bahalı məhsul adı ilə təqdim olunması barədə xəbərlər vaxtaşırı yayılır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Musavat.com-a deyib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) çevik və qəfil yoxlama mexanizmləri kifayət qədər effektiv deyil: “Yoxlamaya getmək üçün uzun prosedurlar tələb olunur. Qarşı tərəfə əvvəlcədən məlumat verilir ki, “sizi yoxlamağa gəlirik”. Bu isə artıq yoxlama anlayışının mahiyyətini öldürür. Əsl yoxlama xəbərdarlıq edilmədən həyata keçirilməlidir. AQTA bu məsələdə daha sərbəst olmalı, səlahiyyətləri genişləndirilməli və istədiyi zaman istənilən obyektə qəfil yoxlama aparmaq hüququna malik olmalıdır”.

Onun sözlərinə görə, hələ planlı yoxlama zamanı bu qədər ciddi problemlər ortaya çıxır, əgər əvvəlcədən xəbərdarlıq edilməsə, kim bilir daha hansı dəhşətli faktlar aşkarlanar. E.Hüseynov qeyd edib ki, Azərbaycanda heç bir ətin satışına qadağa yoxdur: “Sadəcə tələb olunur ki, həmin ətin mənşəyi düzgün qeyd edilsin. Amma biz dəfələrlə məsələ qaldırmışıq ki, mütləq şəkildə qərar qəbul olunmalı və ənənəvi olmayan heyvan ətlərinin satışı qadağan edilməlidir. Çünki regionlardan Bakıya at, eşşək və digər murdar olmuş heyvan ətləri daşınır. Bu barədə dəfələrlə faktlar ortaya çıxıb.
Bu sahədə müxtəlif dövlət qurumları müəyyən işlər görür. Amma ən ciddi və effektli işi əksər hallarda Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi həyata keçirir. Onlar yalnız cərimə ilə kifayətlənmirlər, hüquqi addımlar atılır, saxlanılmalar həyata keçirilir və cinayət məsuliyyəti tədbirləri görülür. Bu isə daha çəkindirici mexanizmdir”.

Qurum sədri bu məsələdə əhalini də ictimai nəzarətə çağırıb: “Bütün bu təhlükəli proseslər insanların gözü önündə baş verir. Kəndlərdə sahə müvəkkilləri, müəllimlər, həkimlər, yerli ziyalılar çox şeyi görür və bilir. Amma ictimai müqavimət və nəzarət yetərincə güclü deyil. Sovet dövründə bu məsələlərlə bağlı çox ciddi ictimai qınaq var idi. İnsanlar belə hallara daha həssas yanaşırdı. İndi isə bəzi hallarda cəmiyyət müəyyən problemlərə qarşı laqeyd münasibət göstərir ki, bu da vəziyyəti daha təhlükəli edir”.

Restoranların və şadlıq evlərinin bağlanması məsələsinə gəldikdə, E.Hüseynovun sözlərinə görə burada əsas məqsəd biznesi tamamilə məhv etmək olmamalıdır:

“Əsas məqsəd onları sağlam fəaliyyət göstərməyə məcbur etməkdir. Yəni cərimələrlə yanaşı, maarifləndirici və sistemli iş də aparılmalıdır. Biznesin bağlanması hər zaman doğru yanaşma hesab olunmur. Çünki istehlakçıların seçim hüququ genişlənməlidir. Sahibkarlara da müəyyən dəstək mexanizmləri yaradılmalıdır ki, onlar keyfiyyət standartlarına uyğun fəaliyyət göstərə bilsinlər”.

“Rozetka”ların hazırlanmasında insan tükündən istifadə edilir?
“Rozetka”ların hazırlanmasında insan tükündən istifadə edilir?
TƏHSİLƏ HƏSR OLUNMUŞ FƏDAKARLIĞIN DƏYƏRİ:
TƏHSİLƏ HƏSR OLUNMUŞ FƏDAKARLIĞIN DƏYƏRİ:
At əti verilən şadlıq evləri – CƏZA çıxış yoludurmu?
At əti verilən şadlıq evləri – CƏZA çıxış yoludurmu?
Yaponlar Azərbaycan milli geyimi geyindilər, rəqslərimizi ifa etdilər - VİDEO
Yaponlar Azərbaycan milli geyimi geyindilər, rəqslərimizi ifa etdilər - VİDEO
AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: "Dolabda dollar "paçka"ları vardı"
AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: "Dolabda dollar "paçka"ları vardı"
Mikayıl İsmayılov nəvəsinin anasından şikayət yazdı - Qadını həbs üçün Xətai Məhkəməsinə aparırlar
Mikayıl İsmayılov nəvəsinin anasından şikayət yazdı - Qadını həbs üçün Xətai Məhkəməsinə aparırlar
İranlı biznesmenlər Bakıya axışır - SƏBƏB
İranlı biznesmenlər Bakıya axışır - SƏBƏB
Xalqın Sevimli Din Xadimi Ağır Sınaq Qarşısında — Hacı Tahir Abbasovdan Duyğulandıran Sözlər
Xalqın Sevimli Din Xadimi Ağır Sınaq Qarşısında — Hacı Tahir Abbasovdan Duyğulandıran Sözlər