Rusiyada “Cermuk”un idxalı və satışı dayandırıldı

Tarix:23-05-2026, 10:41
Baxış Sayı:0

Rusiyada “Cermuk”un idxalı və satışı dayandırıldı

Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Federal Nəzarət Xidməti (“Rospotrebnadzor”) Ermənistan istehsalı olan “Cermuk” mineral sularının ölkəyə idxalını və satışını tamamilə dayandırıb.

igia.az xəbər verir ki, bu barədə qurumun rəsmi “Maks” messencer kanalında bəyanat yayılıb.

Məlumata görə, buna səbəb markalanmadakı uyğunsuzluq və suyun tərkibindəki maddələrin normadan artıq olmasıdır.

Rəsmi açıqlamada bildirilir ki, sözügedən sanitariya qərarı müvəqqəti xarakter daşıyır və bu gündən etibarən qüvvəyə minib. Qadağa Ermənistanın “Cermuk Qrup” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən istehsal olunan qazlı mineral sularının bütün partiyalarına şamil edilir.

Qeyd olunub ki, “Rospotrebnadzor”un ekspertiza rəyinə əsasən, sözügedən mineral suyun tərkibindəki hidrokarbonat, xlorid və sulfatların konsentrasiyası Avrasiya İqtisadi İttifaqının (Aİİ) texniki reqlament normativlərini kəskin şəkildə üstələyir. Bu səbəbdən “Cermuk” sularının ittifaq ərazisində satışı qeyri-qanuni hesab olunur.(qafqazinfo)

"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA
Balıqçılıq sahəsində yoxlamalarla bağlı YENİ QAYDA