Bu ölkədə azan qadağan olunacaq

Tarix:29-06-2026, 11:00
Baxış Sayı:0

Bu ölkədə azan qadağan olunacaq

Danimarka hökuməti ölkə üzrə azanın səsləndirilməsinin qadağan olunmasını yenidən müzakirə etməyə hazırlaşır.

Ölkənin immiqrasiya naziri Morten Bodskov hökumətin azanın qadağan edilməsi ilə bağlı hüquqi əsasları yenidən qiymətləndirəcəyini açıqlayıb.

Nazir bildirib ki, azanın Danimarkanın ictimai məkanında yeri yoxdur:

"Azanın səsi Danimarkanın damlarından eşidilməməlidir. Danimarkada gəzərkən özünüzü İslamabadın bir hissəsində hiss etməməlisiniz" deyə, o, vurğulayıb.

Morten Bodskov həmçinin ölkədə artan "islamlaşma"nın ictimai məkanlara təsir göstərdiyini iddia edib.

Qeyd edək ki, bu, son altı ildə Danimarkada azanın qadağan olunması ilə bağlı üçüncü təşəbbüsdür. Oxşar təkliflər 2020 və 2025-ci illərdə də müzakirəyə çıxarılmışdı.

Bununla yanaşı, təşəbbüsün həyata keçirilməsi hüquqi maneələrlə üzləşə bilər. Belə ki, Danimarka Konstitusiyası dini ayinlərin açıq şəkildə icrasını təmin edən müddəaları özündə ehtiva edir.

Məlumata görə, təxminən 6 milyon əhalisi olan Danimarkada 270 minə yaxın müsəlman yaşayır. Ölkədə fəaliyyət göstərən məscidlərin sayının isə 100-ə yaxın olduğu bildirilir./Axsam.az

Gələcəyin Memarı — Günel Orucova: Uşaq Dünyasına Sevgi ilə Yol Açan Rəhbər
Gələcəyin Memarı — Günel Orucova: Uşaq Dünyasına Sevgi ilə Yol Açan Rəhbər
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu