Yayda iştahımız niyə olmur? - Həkim səbəbləri açıqladı

Tarix:6-07-2026, 17:43
Baxış Sayı:1

Yayda iştahımız niyə olmur? - Həkim səbəbləri açıqladı

İsti yay günlərində iştahasızlıq fonunda mühüm qida elementlərinin qəbulunun azalması insanın iş qabiliyyətinin düşməsi, halsızlıq və diqqət dağınıqlığı kimi hallarla nəticələnə bilər.
igia.az xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti həkim-ginekoloq, endokrinoloq, klinik nutrisioloq Natalya Firsovanın açıqlamasına istinadən məlumat yayıb.

Mütəxəssisin sözlərinə görə, isti havada iştahanın azalması orqanizmin təbii fizioloji reaksiyasıdır. Ağır yeməklərin həzm olunması üçün əlavə enerji tələb olunur və bu proses istilik hasilatı ilə müşayiət olunur, yüksək temperatur şəraitində isə orqanizm termorequlyasiyanı saxlamağa fokuslanır.

"Məhz buna görə yayda bir çoxu yağlı yeməklər, ağır xörəklər və böyük porsiyalar yemək istəmir. İstidə iştahanın azalması fizioloji normadır", - deyə Firsova izah edib.

Lakin problem o zaman yaranır ki, insan təkcə qidanın həcmini deyil, həm də bədən üçün mühüm əhəmiyyət kəsb edən zülal, vitamin, mineral və su qəbulunu məhdudlaşdırır. Bunun yekununda isə enerji qıtlığı, səhhətdə yaranan narahatlıqlar və işgüzarlığın aşağı düşməsi kimi əlamətlər müşahidə oluna bilər.(lent.az)

Sabah 40 dərəcə isti olacaq
Sabah 40 dərəcə isti olacaq
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Novxanıdakı istirahət mərkəzində ölüm
Novxanıdakı istirahət mərkəzində ölüm
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI