DÇ-2026 finalı rekord qırır: Bir biletin qiyməti 11 min dolları keçdi

Tarix:18-07-2026, 15:11
Baxış Sayı:3

DÇ-2026 finalı rekord qırır: Bir biletin qiyməti 11 min dolları keçdi

2026-cı il futbol üzrə dünya çempionatının Argentina və İspaniya milliləri arasında keçiriləcək final oyunu tarixi rekordlara imza atmağa hazırlaşır.

igia.az xarici mediaya istinadən xəbər verir ki, qarşılaşmaya olan böyük maraq səbəbindən bilet qiymətləri sürətlə bahalaşıb.

Məlumata görə, final matçına bir biletin orta qiyməti artıq 11 min ABŞ dollarını keçib. Bu göstərici DÇ tarixində ən yüksək rəqəmlərdən biri hesab olunur.

Yahoo Sports nəşrinin yazdığına görə, Argentina–İspaniya qarşıdurması ABŞ-da indiyədək keçirilmiş ən bahalı idman tədbirlərindən birinə çevrilə bilər. Azarkeşlərin böyük hissəsi Lionel Messinin son dünya çempionatı finalı ola biləcəyi ehtimalı və İspaniya millisinin gənc ulduzu Lamin Yamalın tarixi uğur qazanmaq şansı səbəbindən oyuna xüsusi maraq göstərir.

Ekspertlər bildirirlər ki, final yaxınlaşdıqca ikinci bazarda qiymətlər daha da yüksələ bilər. Bəzi VIP paketlərin qiymətinin isə on minlərlə dolları keçdiyi qeyd olunur.

Qeyd edək ki, dünya çempionatının final oyunu ABŞ-da keçiriləcək və turnirin ən çox izlənilən qarşılaşmalarından biri olacağı gözlənilir.

Sabah 40 dərəcə isti olacaq
Sabah 40 dərəcə isti olacaq
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Novxanıdakı istirahət mərkəzində ölüm
Novxanıdakı istirahət mərkəzində ölüm
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI