Elbrusda beş alpinist həlak oldu

Tarix:27-07-2026, 15:00
Baxış Sayı:4

Elbrusda beş alpinist həlak oldu

Rusiyanın Elbrus dağında güclü fırtınaya düşən beş bosniyalı alpinistin həyatını itirdiyi bildirilir.
igia.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovinanın alpinizm xilasetmə xidməti məlumat yayıb.

Bildirib ki, yeddi nəfərlik qrup Elbrusda əlverişsiz hava şəraitinə yaxalanıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qrupun iki üzvü dağdan təxliyə edilərək tibbi yardım üçün xəstəxanaya aparılıb.

Xilasedicilər təxminən 5350 metr yüksəklikdə iki alpinistin cəsədini aşkar ediblər. Cəsədlərin hava şəraiti imkan verdikdə dağdan endiriləcəyi bildirilib. Daha üç alpinistin axtarışı isə davam edir.

Rusiya mediasının məlumatına görə, bölgədə güclü küləklə müşayiət olunan əlverişsiz hava şəraiti axtarış və xilasetmə işlərini əhəmiyyətli dərəcədə çətinləşdirir.

5642 metr hündürlüyə çatan Elbrus Rusiya ilə Gürcüstan sərhədinin şimalında yerləşir və Avropanın ən yüksək zirvəsi hesab olunur. Dağ hava şəraitinin və dırmanma şərtlərinin qəfil dəyişməsi ilə tanınır.

Bosniya mediasının yazdığına görə, ekspedisiyanın yeddi üzvü ölkənin mərkəzində yerləşən Zenitsa şəhərinin sakinləri olub. Qrupun tərkibində evli cütlük və yerli xəstəxanada çalışan həkim də olub.

Xilasedicilər itkin düşən alpinistlərin axtarışını hava şəraiti yaxşılaşdıqca davam etdirəcəklər.(qafqazinfo)

Sabah 40 dərəcə isti olacaq
Sabah 40 dərəcə isti olacaq
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Novxanıdakı istirahət mərkəzində ölüm
Novxanıdakı istirahət mərkəzində ölüm
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI