“Maşın şou” üçün geri sayım başladı - Xəzər TV-dən açıqlama

Tarix:Вчера, 17:31
Baxış Sayı:1

“Maşın şou” üçün geri sayım başladı - Xəzər TV-dən açıqlama

Xəzər TV-nin efirində yayımlanan və uzun illərdir tamaşaçıların böyük marağına səbəb olan “Maşın şou”nun yeni mövsümünün nə vaxt başlayacağı ilə bağlı gözləntilər artır.

Telekanal bir müddət əvvəl “Maşın şou”nun yeni buraxılışının tezliklə yayımlanacağı ilə bağlı anons təqdim edib. Lakin şounun dəqiq yayım tarixi, aparıcısının kim olacağı və yeni mövsümdə hansı məşhurların iştirak edəcəyi hələlik açıqlanmayıb.

Məsələ ilə bağlı igia.az Xəzər TV-nin Mətbuat xidmətinə sorğu ünvanlayıb.

Mətbuat xidmətindən saytımıza bildirilib ki, hazırda “Maşın şou”nun yeni mövsümü ilə bağlı əlavə məlumat verilməyəcək.

“Belə bir məlumat olarsa, bildirərik”, – deyə Xəzər TV-dən qeyd olunub.

Qeyd edək ki, “Maşın” realiti-şousu ilk dəfə 2005-ci ildə Lider TV-də yayımlanıb. Layihənin müəllifi və aparıcısı hazırda Xəzər TV-nin direktoru olan Xalq artisti Murad Dadaşov olub.

Sabah 40 dərəcə isti olacaq
Sabah 40 dərəcə isti olacaq
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Novxanıdakı istirahət mərkəzində ölüm
Novxanıdakı istirahət mərkəzində ölüm
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI