Sevgilisini manipulyasiya etmək üçün “ChatGPT”nin “BEYNİNİ YUDU”

Tarix:Сегодня, 11:29
Baxış Sayı:0

Sevgilisini manipulyasiya etmək üçün “ChatGPT”nin “BEYNİNİ YUDU”

Sankt-Peterburq sakini Olqa keçmiş sevgilisinin “ChatGPT” tənzimləmələrini gizlicə dəyişərək, neyroşəbəkənin mübahisəli situasiyalarda hər zaman onun tərəfini tutmasını təmin etdiyini üzə çıxarıb.
igia.az xəbər verir ki, bu barədə “Baza” “Telegram” kanalı məlumat yayıb.

Olqanın nəşrə bildirdiyinə görə, artıq keçmiş sevgilisi olan gənc ondan xəbərsiz “ChatGPT” hesabının tənzimləmələrində dəyişiklik edib. O, sistemə təlimat verib ki, kişi və qadınlar arasındakı münaqişələrin müzakirəsi zamanı daha çox kişilərin lehinə arqumentlər gətirsin. Bundan əlavə, o, Olqanın guya “kənd mənşəli” olmasını əsas gətirərək, tənzimləmələrə kobud leksikadan istifadə edilməsi tələbini də əlavə edib.

Olqa etiraf edib ki, tərəf müqabilinin davranışını psixoloji baxımdan qiymətləndirməyə çalışaraq, şəxsi münaqişələrin təhlili üçün tez-tez süni intellektin köməyinə müraciət edib. O, gənc tərəfindən dəyərsizləşdirilməsi ilə bağlı narahatlıqlarına təsdiq axtardığı bir vaxtda, qarşı tərəf bütün iddiaları müntəzəm olaraq rədd edir və baş verənləri qızın hadisələri yanlış yozması ilə əlaqələndirirdi.

Qız tərəf müqabilini manipulyasiyada ifşa etdikdə, o, əməlini “zarafat” kimi qələmə verməyə çalışıb. Lakin Olqa onun bu hərəkətini şəxsi sərhədlərin ciddi şəkildə pozulması kimi qiymətləndirib, mənşəyi ilə bağlı rəyi isə hörmətsizlik əlaməti kimi qəbul edib.(Publika.az)

Sabah 40 dərəcə isti olacaq
Sabah 40 dərəcə isti olacaq
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Novxanıdakı istirahət mərkəzində ölüm
Novxanıdakı istirahət mərkəzində ölüm
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI