Media subyektləri vergidən azaddır, bəs jurnalistlər? - RƏSMİ

Tarix:8-01-2026, 13:00
Baxış Sayı:0

Media subyektləri vergidən azaddır, bəs jurnalistlər? - RƏSMİ
2023-cü ildən etibarən media subyektlərinin media fəaliyyəti üzrə əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri və dövlət tərəfindən verilən maddi yardımlar vergidən azad edilib. Həmçinin bu vergi güzəştlərinin müddəti 2026-cı il yanvarın 1-dən etibarən daha 3 il uzadılıb.

Bununla yanaşı, Azərbaycanda 2019-cu ildən qüvvədə olan və özəl sektorda çalışanlar üçün tətbiq edilən gəlir vergisi üzrə güzəşt müddətinin 2026-cı il yanvarın 1-də başa çatması muzdlu işdən aylıq gəlir əldə edən fiziki şəxslərin gəlir vergisi öhdəliklərinin yeni qaydada formalaşmasına səbəb olub.

Bu dəyişikliklər media sahəsində çalışan jurnalistlər və digər əməkdaşlar arasında suallar yaradıb. Ən çox müzakirə olunan məqam isə media subyektlərinə tətbiq edilən vergi azadolmalarının media qurumlarında çalışan şəxslərin əməkhaqqı gəlirlərinə şamil olunub-olunmamasıdır.

igia.az xəbər verir ki, məsələ ilə bağlı “APA”ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, media subyektləri üçün nəzərdə tutulmuş vergi güzəştləri yalnız media fəaliyyəti nəticəsində əldə edilən gəlirlərə şamil olunur. Yəni, bu azadolmalar media subyektlərinin sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdikləri gəlir (mənfəət), o cümlədən reklam gəlirləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən verilən maddi yardımlar üçün nəzərdə tutulub.

Qurumdan vurğulanıb ki, media subyektlərində çalışan jurnalistlərin və digər əməkdaşların əməkhaqqı gəlirləri isə dəyişməz olaraq gəlir vergisinə cəlb edilir. Bu sahədə hər hansı yeni azadolma və ya güzəşt tətbiq olunmur. Media subyekti özəl sektorda fəaliyyət göstərirsə, əməkhaqqı üzrə gəlir vergisi aşağıdakı dərəcələrlə hesablanır:

• aylıq gəlirin 2500 manatadək olan hissəsindən – 3 faiz,

• 2500–8000 manat arası olan hissəsindən – 10 faiz,

• 8000 manatdan yuxarı olan hissəsindən – 14 faiz.

“Media subyektlərinə tətbiq edilən digər vergi güzəştləri — yəni VÖEN-i olan media subyektlərinin sahibkar kimi əldə etdikləri gəlirlərin (mənfəətin) və media məhsullarının təqdim edilməsinin vergidən azad edilməsi — əməkhaqqı gəlirlərinə aid deyil.

Belə ki, media məhsullarının təqdim edilməsinə tətbiq olunan ƏDV azadolması, habelə gəlir (mənfəət) vergisi üzrə güzəştlər yalnız media subyektlərinin fəaliyyəti nəticəsində formalaşan gəlirləri əhatə edir və işçilərin əməkhaqqının vergiyə cəlb olunmasına təsir göstərmir” -məlumatda qeyd edilib.

Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
Gölə üzməyə girən 16 yaşlı oğlan qızıl külçə tapdı - FOTO
Gölə üzməyə girən 16 yaşlı oğlan qızıl külçə tapdı - FOTO
Latviya Prezidentinin səfəri başa çatdı
Latviya Prezidentinin səfəri başa çatdı
Satışlarda sağlamlıq enişi: həyat tərzi pivə nəhəngini sarsıdır
Satışlarda sağlamlıq enişi: həyat tərzi pivə nəhəngini sarsıdır
İncəsənət məktəblərinə qəbul üzrə imtahanlar başlayır
İncəsənət məktəblərinə qəbul üzrə imtahanlar başlayır
Azərbaycanda daha bir məktəbdə insident: 14 yaşlı şagird bıçaqlandı
Azərbaycanda daha bir məktəbdə insident: 14 yaşlı şagird bıçaqlandı
Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq