AYB üzvlük haqqını ödəməyənlərlə bağlı bəyanat verdi

Tarix:15-01-2026, 12:00
Baxış Sayı:0

AYB üzvlük haqqını ödəməyənlərlə bağlı bəyanat verdi
“Son zamanlar bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Yazıçılar Birliyinin üzvlük haqqı - illik 15 manat məbləğində ödəniş - ilə bağlı narazı fikirlərin səsləndirildiyi müşahidə olunur. Birliyin guya bu ödənişi tələb etməsi barədə iddialar irəli sürülür. Bu məsələ ilə bağlı rəsmi mövqeyimizi bildirməyi zəruri hesab edirik”.

igia.az xəbər verir ki, bu fikirlər Azərbaycan Yazıçılar Birliyinin (AYB) bəyanatında bildirilib.

Qeyd edilib ki, AYB-nin üzvləri dövlət və ictimai dəstək mexanizmlərindən mütəmadi şəkildə faydalanırlar.

“Hazırda 70 nəfər yazıçı Prezident təqaüdü ilə təmin olunur (illik 3600 manat), gənc nəsil nümayəndələri üçün isə illik 2400 manat məbləğində Prezident təqaüdləri nəzərdə tutulub. Birlik tərəfindən müntəzəm olaraq ədəbi müsabiqələr keçirilir, mükafatlar, qrantlar və əlavə təşviq mexanizmləri təsis olunur. Bir çox üzvlərimiz fəxri adlara layiq görülmüşdür və bu adlara görə dövlət tərəfindən ömürlük maddi təminat müəyyən edilib.

Yazıçıların əsərləri və məqalələri Birliyin nəşrlərində dərc olunur və qonorar əsasında ödənilir. İmkan daxilində sosial dəstək göstərilir — müalicə, dərman təminatı, tibbi müəssisələrə müraciətlərdə köməklik, eləcə də ayrı-ayrı hallarda mənzil məsələlərinin həllinə yardım edilir. Birliyin üzvləri Şabran və Şüvəlan yaradıcılıq evlərində ödənişsiz istirahət etmək hüququna malikdirlər.

Xüsusi olaraq vurğulayırıq ki, illik 15 manat məbləğində üzvlük haqqı Birliyin nəşr etdiyi jurnallardan birinin belə xərclərini qarşılamaq imkanına malik deyil.

Məsələ sadə və açıqdır: üzvlük haqqını ödəməyən şəxs Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina edə bilər”, - AYB bəyan edib.

Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
Gölə üzməyə girən 16 yaşlı oğlan qızıl külçə tapdı - FOTO
Gölə üzməyə girən 16 yaşlı oğlan qızıl külçə tapdı - FOTO
Latviya Prezidentinin səfəri başa çatdı
Latviya Prezidentinin səfəri başa çatdı
Satışlarda sağlamlıq enişi: həyat tərzi pivə nəhəngini sarsıdır
Satışlarda sağlamlıq enişi: həyat tərzi pivə nəhəngini sarsıdır
İncəsənət məktəblərinə qəbul üzrə imtahanlar başlayır
İncəsənət məktəblərinə qəbul üzrə imtahanlar başlayır
Azərbaycanda daha bir məktəbdə insident: 14 yaşlı şagird bıçaqlandı
Azərbaycanda daha bir məktəbdə insident: 14 yaşlı şagird bıçaqlandı
Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq