Sabiq icra başçısının oğlu tanışını güllələdi

Tarix:16-01-2026, 16:05
Baxış Sayı:3

Sabiq icra başçısının oğlu tanışını güllələdi
Yevlaxda silahlı insident baş verib.

igia.az-ın məlumatına görə, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Zaur Səmədovun Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğlu olduğu bildirilir.

Xatırladaq ki, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2019-cu ildə həbs olunmuşdu. Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısı 2023-cü ilin iyul ayında səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılıb. Həmin il dekabr ayında vəfat edib. (Mənbə APA)

Qızıl da, gümüş də bahalaşdı
Qızıl da, gümüş də bahalaşdı
Şəkidə canavarlar qoyun-quzunu parçaladı - FOTO
Şəkidə canavarlar qoyun-quzunu parçaladı - FOTO
"Sürətli mükafat" tələsi — "Reels"lər uşaqların beynini necə korlayır?
"Sürətli mükafat" tələsi — "Reels"lər uşaqların beynini necə korlayır?
Aygün Kazımovanın səhhəti pisləşdi — Konserti təxirə salındı
Aygün Kazımovanın səhhəti pisləşdi — Konserti təxirə salındı
May ayında bu meyvələri yemək məsləhət deyil — SİYAHI
May ayında bu meyvələri yemək məsləhət deyil — SİYAHI
Zəngilanın ruhunu Bakıda yaşadan məktəb: Qobu Park-3-dən yüksələn uğur hekayəsi
Zəngilanın ruhunu Bakıda yaşadan məktəb: Qobu Park-3-dən yüksələn uğur hekayəsi
Balkonda kabab bişirənlər CƏRİMƏLƏNƏCƏK
Balkonda kabab bişirənlər CƏRİMƏLƏNƏCƏK
Uğurun zirvəsində bir şagird, arxasında isə böyük bir kollektiv dayanır
Uğurun zirvəsində bir şagird, arxasında isə böyük bir kollektiv dayanır