Məşhur brendlərin Azərbaycandakı təmsilçisi cərimələndi

Tarix:27-01-2026, 13:00
Baxış Sayı:2

Məşhur brendlərin Azərbaycandakı təmsilçisi cərimələndi


"Gucci", "Chanel", "Versace" və digər tanınmış brendlərin Azərbaycandakı təmsilçisi "Sinteks" şirkəti cərimələnib.

Dövlət Gömrük Komitəsi tərəfindən "Sinteks" Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

Məhkəmədə məlum olub ki, xaricdən MMC-nin ünvanına göndərilən mallar ötən il "Mazımqara" gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilib, amma həmin mallara dair qısa idxal bəyannaməsi gomrük orqanına verilməyib.

Məhkəmənin qərarı ilə "Sinteks" MMC-nin qanuni təmsilçisi Axundov Sənan Firudin oğlu 1500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.(qaynarinfo)

Sabah 40 dərəcə isti olacaq
Sabah 40 dərəcə isti olacaq
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Novxanıdakı istirahət mərkəzində ölüm
Novxanıdakı istirahət mərkəzində ölüm
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI