İsveçrə referendum keçirəcək – əhali sayı 10 milyonu keçməməlidir

Tarix:13-02-2026, 09:00
Baxış Sayı:3

İsveçrə referendum keçirəcək – əhali sayı 10 milyonu keçməməlidir

İsveçrə hakimiyyəti 14 iyunda ölkə əhalisinin sayının 10 milyonla məhdudlaşdırılması ilə bağlı referendum keçirəcək.

"igia.az" xəbər verir ki, bu barədə material dərc edən “Qardian” və “Nyu-York Tayms” qəzetlərinin məlumatına görə, səsvermə parlamentdəki yerlərin təxminən üçdə birinə sahib olan ifrat sağçı İsveçrə Xalq Partiyasının (SVP) təklifi ilə keçiriləcək. Partiyanın müraciətində bildirilir ki, ifrat sıxlıq İsveçrənin infrastrukturunu həddindən artıq yükləyib, kirayə haqlarının artmasına və yerli kimliyin itirilməsinə səbəb olub. SVP millət vəkili Tomas Matter bu barədə belə deyib: "Vətəndaşlarımız bundan beziblər".

Hökumət və parlament təşəbbüsü dəstəkləməsə də, referendum avtomatik olaraq petisiyanın imzalarının 100.000-i keçməsi ilə başlayıb. (İsveçrənin birbaşa demokratiya sisteminə əsasən, xalq təşəbbüsləri 18 ay ərzində 100.000 imza toplayarsa, referenduma çıxarılır).

Əgər İsveçrə vətəndaşlarının əksəriyyəti təşəbbüsü dəstəkləsə, hökumət 2050-ci ilə qədər əhalinin sayını məhdudlaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirməli olacaq. Xüsusilə, ölkə əhalisi 9,5 milyonu keçərsə, hakimiyyət orqanları immiqrasiya qanunlarını sərtləşdirməli, sığınacaq axtaranlar və xarici vətəndaşların ailələri də daxil olmaqla yeni gələnlərin ölkəyə girişinə qadağa qoyulacaq. Vəziyyət pisləşərsə, İsveçrə ölkənin ən böyük ixrac bazarı olan Avropa İttifaqı ilə sərbəst hərəkət müqaviləsindən çıxmaq məcburiyyətində qalacaq.

İsveçrənin hazırkı əhalisi 9,1 milyondur. "Qardian" qəzetinin şərhində bildirilir ki, son on ildə bu ölkənin əhalisi qonşu Aİ üzv dövlətlərinin orta göstəricisindən beş dəfə daha sürətli artıb, çünki ölkənin iqtisadi bumu bir çox aşağı ixtisaslı işçiləri, eləcə də böyük korporasiyaların yüksək maaşlı işçilərini cəlb edib. Hökumət məlumatlarına görə, İsveçrə sakinlərinin təxminən 27%-i qeyri-vətəndaşdır.

Dekabr ayında keçirilən sorğuya görə, ölkə əhalisinin 48%-i bu təşəbbüsə səs verməyə hazırdır, 41%-i isə əleyhinədir.

Təşəbbüsün əleyhdarları hesab edirlər ki, immiqrasiyanın məhdudlaşdırılması İsveçrə iqtisadiyyatına zərər verəcək, əcnəbilərin işçi qüvvəsi çatışmazlığını ödəməsini çətinləşdirəcək və ölkənin Aİ ilə münasibətlərinə zərər verəcək.

Bir sıra iri korporasiyalar da təşəbbüsə qarşı çıxır və iddia edirlər ki, təklif Aİ ilə ikitərəfli sazişləri təhlükə altına qoyacaq.(Musavat.com)

Gələcəyin Memarı — Günel Orucova: Uşaq Dünyasına Sevgi ilə Yol Açan Rəhbər
Gələcəyin Memarı — Günel Orucova: Uşaq Dünyasına Sevgi ilə Yol Açan Rəhbər
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
"Tiktok"da canlı yayım açıb söyüş söyənlər SAXLANILDI
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Xalqın Etimadı, Xidmətin Dəyəri və Göygölün Gələcəyinə Məsuliyyət — Oqtay Mənsimov
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Bir Uşağın Təbəssümündə Böyük Bir Gələcəyin İşığı — Məhbubə Sadıqova
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Mərhəmətin Səsi, Xeyirxahlığın İşığı — Hacı Elmar Rzayev
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Allahşükür Paşazadə hicab məsələsindən DANIŞDI
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Əlil şəxsə pensiya verilməməsi iddiasına RƏSMİ CAVAB
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu
Məktəbi yandırmaq istəmişdilər - 5-i şagird olmaqla 6 nəfər tutuldu