İki gün aeroport yolu qismən bağlı olacaq

Tarix:13-02-2026, 13:00
Baxış Sayı:2

İki gün aeroport yolu qismən bağlı olacaq


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Aeroport yolunda tətbiq ediləcək məhdudiyyətlə bağlı hərəkət iştirakçılarına müraciət edib.

İdarədən igia.az-a verilən məlumatda bildirilib ki, 14-15 fevral tarixlərində paytaxtın Suraxanı rayonu, Hava limanı şosesində (“Buta Palace”-nin yaxınlığı) elektron məlumat-sürət tablolarının yenisi ilə əvəz edilməsi məqsədilə həyata keçiriləcək işlərlə əlaqədar sözügedən yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilərək istiqamətlər dəyişdiriləcək.

Məhdudiyyət 14 fevral tarixində saat 00:00-dan 07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) “Koroğlu” metrostansiyası istiqamətində, 15 fevral tarixində isə qeyd edilən saatlarda “Koroğlu” metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində tətbiq ediləcək.

Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən Mərdəkan şosesindən gələn sürücülər Zığ şosesinə, şəhər istiqamətindən gələn sürücülər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək.

Bundan əlavə sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.




Sabah 40 dərəcə isti olacaq
Sabah 40 dərəcə isti olacaq
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Novxanıdakı istirahət mərkəzində ölüm
Novxanıdakı istirahət mərkəzində ölüm
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI