El Menço qızl tabutda dəfn olundu

Tarix:3-03-2026, 11:00
Baxış Sayı:3

El Menço qızl tabutda dəfn olundu

Meksikadakı “Xalisko Yeni Nəsil” narkotik kartelinin qətlə yetirilmiş lideri, El Menço ləqəbli Ruben Oseguera Servantesin qalıqları qızıl tabutda basdırılıb.

igia.az xəbər verir ki, tabut Xalisko əyalətindəki Zapopan bələdiyyəsindəki qəbiristanlığa təhvil verilib. "El Universal" qəzetinin məlumatına görə,orkestr ifası ilə müşayiət olunan dəfn mərasimi qapalı qapılar arxasında keçirilib.

Nəşr vurğulayır ki, cəsədin daşınması və dəfn mərasimi genişmiqyaslı təhlükəsizlik əməliyyatı ilə müşayiət olunub. Federal və regional təhlükəsizlik qüvvələri kortejin marşrutunu və Resinto de la Paz qəbiristanlığının ərazisini mühafizə edib. Bundan əlavə, hərbi personal və zirehli maşınlar dəfn evinin yaxınlığında yerləşdirilib.

Xatırladaq ki, 22 fevralda Meksika Milli Müdafiə Nazirliyi, “Xalisko Yeni Nəsil” narkotik kartelinin lideri El Menço kimi tanınan Ruben Oseguera Servantesin məhv edildiyini elan etdi. Nazirliyin məlumatına görə, cinayətkar Xalisko ştatının Tapalpa şəhəri yaxınlığında təhlükəsizlik qüvvələri ilə silahlı toqquşma zamanı ağır yaralanıb və xəstəxanaya aparılarkən yolda ölüb. Bu hadisədən sonra Xalisko və Meksikanın digər ərazilərində iğtişaş və dağıntılar qeydə alınıb.

Sabah 40 dərəcə isti olacaq
Sabah 40 dərəcə isti olacaq
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Novxanıdakı istirahət mərkəzində ölüm
Novxanıdakı istirahət mərkəzində ölüm
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI