Şəhid anasına qarşı 40 min manatlıq dələduzluq

Tarix:10-03-2026, 12:00
Baxış Sayı:2

Şəhid anasına qarşı 40 min manatlıq dələduzluq

Abşeron rayonunda şəhid anası S.Mixailovna dələduzluğa məruz qalıb.

Abşeron rayonunun Masazır qəsəbəsində oğlu üçün ev almaq istəyən şəhid anasının 40 000 manat pulu dələduzluq yolu ilə ələ keçirilib. Cinayəti törətməkdə şübhəli bilinən Rəfail adlı şəxs tutulub.

Araşdırmalar zamanı onun başqa şəxslərə qarşı da dələduzluq etdiyinə əsaslı şübhələr yaranıb. Həmin şəxsə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.

Cinayət işinin məhkəmə istintaqı isə Abşeron Rayon Məhkəməsində hakim Firuzə Kərimovanın sədrliyi ilə aparılıb. Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilməyib. Taksi fəaliyyəti ilə məşğul olduğunu qeyd edən müttəhim məsuliyyəti İ.Məmmədov adlı müştərisinin üzərinə atıb.

Lakin zərərçəkmişlərin ifadələri Rəfailin söylədikləri ilə ziddiyyət təşkil edib. Bu baxımdan, məhkəmə onun ifadəsini özünümüdafiə kimi qiymətləndirib.

İş materiallarından o da məlum olur ki, zərərçəkmişlərdən biri də "Mir İnşaat” tikinti materilları mağazasının sahibidir. Zərərçəkmişin ifadəsindən məlum olur ki, təqsirləndirilən şəxsin həmin mağazadan 39 860 manat dəyərində inşaat malları götürüb, lakin pulunu verməyib.

Məhkəmənin hökmü ilə müttəhimə 2 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun məhkəməyədək icraat dövründə tutulduğu 4 gün müddət təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 9 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Sabah 40 dərəcə isti olacaq
Sabah 40 dərəcə isti olacaq
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Novxanıdakı istirahət mərkəzində ölüm
Novxanıdakı istirahət mərkəzində ölüm
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI