Bundan sonra baş redaktor kimi işləyəcəm - Misir Mərdanov

Tarix:31-12-2025, 18:00
Baxış Sayı:2

Bundan sonra baş redaktor kimi işləyəcəm - Misir Mərdanov

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş İdarəetmə Sistemləri İnstitutu ilə Riyaziyyat və Mexanika İnstitutu ləğv edilərək, onların bazasında vahid Riyaziyyat İnstitutu yaradılıb. Yeni yaradılmış instituta direktor əvəzi vəzifəsinə texnika elmləri doktoru Elxan Səbziyev təyin edilib. Bununla da, ləğv olunan Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq təhsil naziri Misir Mərdanov vəzifəsini itirmiş olub.

Sabiq təhsil naziri Misir Mərdanov bundan sonra hansı fəaliyyətlə məşğul olacağı barədə igia.az saytına açıqlama verib.

Eks-nazir bildirib ki, görüləsi işlər çoxdur:

"Mən Bakı Dövlət Universitetində Ali riyaziyyat kafedrasının müdiriyəm, planlarım çox genişdir, elmi tədqiqatlarımı və riyaziyyatın tədrisi metodikası istiqamətində işlərimi davam etdirəcəyəm. Eləcə də ölkəmizdə və beynəlxalq aləmdə yüksək nüfuzu olan, baş redaktoru olduğum AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Elmi əsərlər" jurnalının işlərinə rəhbərliyimi davam etdirəcəyəm. Nə isə görüləsi işlər çoxdur, təki Allah can sağlığı versin!"

Sabah 40 dərəcə isti olacaq
Sabah 40 dərəcə isti olacaq
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Kəlbəcəri dolu vurdu - bu rayonlara leysan yağdı
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Deputatın “jurnalistləri yola verirəm” sözləri gündəm oldu - Özü izah etdi
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
Azərbaycanlı tələbələrin 61%-i Britaniyanı seçir
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
İsmayıllıda toyda 24 nəfər zəhərləndi
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Çiyin ağrısını yorğunluq saymayın – Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Novxanıdakı istirahət mərkəzində ölüm
Novxanıdakı istirahət mərkəzində ölüm
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI
TƏBİB uşaq xəstəxanasındakı durum barədə MƏLUMAT YAYDI