Bəzi YDM-lərdə işçilər maşınların belə "evini yıxır"

Tarix:3-01-2026, 10:30
Baxış Sayı:0

Bəzi YDM-lərdə işçilər maşınların belə "evini yıxır"
Mühərrik işlək vəziyyətdə olarkən benzin qapağını açmaq ciddi təhlükə yaratmasa da, bir sıra mənfi hallara səbəb ola bilər.

igia.az xəbər verir ki, müasir avtomobillərdə yanacaq sistemi qapalı olur və içəridə müəyyən təzyiq saxlanılır. Qapaq açıldıqda bu təzyiq birdən boşalır və "fış" səsi eşidilə bilər. Bu normaldır, lakin sistemin balansı müvəqqəti pozulur.

Bəzi avtomobillərdə benzin qapağı açıldıqdan sonra mühərrikin işi qeyri-sabitləşə bilər. Boş sürətdə dalğalanma, mühərrikin zəifləməsi və nadir hallarda sönmə baş verə bilər. Səbəb yanacaq buxarlarının idarə olunmasına cavabdeh olan EVAP sisteminin iş rejiminin pozulmasıdır.

Həmçinin benzin buxarları havaya yayıldığı üçün qısa müddətli kəskin yanacaq qoxusu hiss olunur. Qapalı məkanda bu, narahatlıq və təhlükə yarada bilər.

Əksər hallarda qapağı yenidən bağladıqdan sonra sistem öz-özünə normallaşır. Lakin bəzi avtomobillərdə "Check Engine" işığı yanıb sönə və ya sabit qala bilər. Bu zaman bir neçə sürüşdən sonra işıq sönür, sönməzsə diaqnostika tələb oluna bilər.

Ümumilikdə, mühərrik işləyərkən benzin qapağını açmaq tövsiyə edilmir. Yanacaq doldurarkən mühərriki söndürmək həm təhlükəsizlik, həm də avtomobilin yanacaq sisteminin düzgün işləməsi baxımından daha doğrudur.(milli.az)

Şəfanın və etimadın ünvanı – Gəncə-Naftalan Sağlamlıq Mərkəzi
Şəfanın və etimadın ünvanı – Gəncə-Naftalan Sağlamlıq Mərkəzi
Yazıçılar Birliyinə qəbul dayandırıldı
Yazıçılar Birliyinə qəbul dayandırıldı
Kirpik diblərinin qaşınması təhlükəlidir - Bu xəstəliyin əlaməti ola bilər
Kirpik diblərinin qaşınması təhlükəlidir - Bu xəstəliyin əlaməti ola bilər
DÇ-2026: II turun oyunlarına start verilir
DÇ-2026: II turun oyunlarına start verilir
Azərbaycanda çoban həbs edildi - Milyonluq yeyinti
Azərbaycanda çoban həbs edildi - Milyonluq yeyinti
Cəlilabadda montyoru "tok" vurdu
Cəlilabadda montyoru "tok" vurdu
İsveç səfiri Azərbaycanı tərk edir - FOTO
İsveç səfiri Azərbaycanı tərk edir - FOTO
Sertifikasiyaya qatılmayan müəllimlərin sayı məlum oldu
Sertifikasiyaya qatılmayan müəllimlərin sayı məlum oldu