Qardaşını qətlə yetirən qaziyə hökm oxundu

Tarix:15-04-2026, 11:00
Baxış Sayı:1

Qardaşını qətlə yetirən qaziyə hökm oxundu


Bakıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.

igia.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Amin Nurinin 18 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən Amin Nuri 16 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2025-ci il iyulun 3-ü səhər saatlarında paytaxtın Binəqədi rayonunda baş verib. Məlumaat görə, 1996-cı il təvəllüdlü Aslan Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra Polis Şöbəsinə gedib. O, qardaşını öldürdüyünü etiraf edərək könüllü təslim olub.

İddialara görə, hadisə mülk bölgüsü ilə əlaqədar olub.

Amin Nuriyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 157,1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə yekun ittiham elan olunub.

Leyla və Arzu Əliyevanın Şəki səfəri dindarlarda məmnunluq yaradıb
Leyla və Arzu Əliyevanın Şəki səfəri dindarlarda məmnunluq yaradıb
Piyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir? – Ali Məhkəmədən mühüm qərar
Piyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir? – Ali Məhkəmədən mühüm qərar
Agentlik rəhbəri bu kollecə yeni direktor təyin etdi
Agentlik rəhbəri bu kollecə yeni direktor təyin etdi
Mingəçevirdə "Prezident Kuboku 2026" reqatasının rəsmi açılış mərasimi keçiriləcək
Mingəçevirdə "Prezident Kuboku 2026" reqatasının rəsmi açılış mərasimi keçiriləcək
Bakıda 1 yaşlı körpə müayinəyə aparıldığı xəstəxanada ölüb
Bakıda 1 yaşlı körpə müayinəyə aparıldığı xəstəxanada ölüb
Dövlət məktəblərində DƏYİŞİKLİK - TƏSDİQLƏNDİ
Dövlət məktəblərində DƏYİŞİKLİK - TƏSDİQLƏNDİ
“Sevgi ilə başlayan yol: ESMANUR-da gələcəyin ilk addımları”
“Sevgi ilə başlayan yol: ESMANUR-da gələcəyin ilk addımları”
Abşeronda kafedə KÜTLƏVİ DAVA: 2 qardaş bıçaqlandı, 4 nəfər saxlanıldı
Abşeronda kafedə KÜTLƏVİ DAVA: 2 qardaş bıçaqlandı, 4 nəfər saxlanıldı