Danışan Foto: Üç liderdən dünyaya səssiz mesaj

Tarix:20-04-2026, 10:30
Baxış Sayı:1

Danışan Foto: Üç liderdən dünyaya səssiz mesaj

“Müasir beynəlxalq münasibətlər sisteminin dərin transformasiya mərhələsinə daxil olduğu, qlobal güc balansının yenidən formalaşdığı və regional münaqişələrin kəskin xarakter aldığı bir dövrdə V Antalya Diplomatiya Forumu sadəcə növbəti beynəlxalq tədbir deyil, eyni zamanda yeni geosiyasi konturların cızıldığı strateji platformadır. Azərbaycan Prezidenti İlham Əliyevin bu forumda iştirakı isə ölkənin artan geosiyasi çəkisinin, diplomatik aktivliyinin və regional liderlik ambisiyalarının praktik təzahürü kimi qiymətləndirilməlidir”.

Bunu igia.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Antalya Diplomatiya Forumu: Qlobal dialoq və güc mərkəzlərinin kəsişmə nöqtəsi
Deputat bildirib ki, Antalya Diplomatiya Forumu artıq qısa müddətdə dünyanın aparıcı siyasi platformalarından birinə çevrilərək, qlobal və regional aktorları bir masa arxasında toplayan nadir dialoq məkanlarından biri kimi çıxış edir: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türkiyə sülhün açarıdır” tezisi bu platformanın fəlsəfəsini aydın şəkildə ifadə edir.
Bu kontekstdə Azərbaycanın forumdakı fəallığı təsadüfi deyil. Rəsmi Bakı bu platformadan öz sülh gündəliyini beynəlxalq ictimaiyyətə çatdırmaq, regional əməkdaşlıq təşəbbüslərini genişləndirmək, yeni təhlükəsizlik arxitekturasının formalaşmasında iştirak etmək üçün effektiv vasitə kimi istifadə edir”, -o qeyd edib.

“Danışan foto”: Üç liderin verdiyi geosiyasi mesaj
Deputat əlavə edib ki, Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanaın Baş naziri Məhəmməd Şahbaz Şərifin bir araya gələrəkər keçirdiyi görüş və görüşdə çəkilən foto dünyada ciddi rezonansa səbəb oldu. Bu foto təkcə diplomatik protokol deyildi, bu, simvolik və strateji məzmun daşıyan “siyasi bəyanatdır”.

Bu foto bir neçə mühüm mesajı ehtiva edir
1. Tarixin sınağından çıxmış qardaşlıq
Azərbaycan–Türkiyə–Pakistan üçlüyü təkcə siyasi müttəfiqlik deyil, ortaq tarix, mədəniyyət və qarşılıqlı dəstək üzərində qurulan dərin bağların təcəssümüdür.
2. Yeni geosiyasi oxun formalaşması
Bu üçlük artıq regional çərçivəni aşaraq Avrasiya miqyasında təsir imkanlarına malik əməkdaşlıq modelinə çevrilir.
3. Sülh və sabitlik mesajı
Qlobal qarşıdurmalar fonunda bu birlik güc nümayişindən çox, sabitlik və əməkdaşlıq modelini təklif edir.
4. “Səssiz güc” diplomatiyası
Bəzən uzun bəyanatlardan daha çox bir foto geosiyasi reallıqları ifadə edir və bu kadr məhz belə nümunələrdəndir”.

Yeni regional təhlükəsizlik arxitekturası: Azərbaycanın rolu
Antaliya Diplomatiya Forumunun Bakının xarici və daxili siaysətinin beynəlxalq miqyasa çatrıdılması, qarşısnda duran çağırış və hədəflər baxımdan mühüm bir platforma olduğunun vacibliyini qeyd edən deputat bildirib ki, Azərbaycanın formalaşdırdığı xarici siyasət xətti artıq klassik diplomatiyadan daha geniş məzmun kəsb edir: “Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən səsləndirilən “yeni regional təhlükəsizlik arxitekturası qururuq” tezisi bu strategiyanın əsas mahiyyətini açır.
Bu yanaşmanın əsas elementləri regional sahiblik prinsipi problemlərin region ölkələri tərəfindən həlli; inklüziv əməkdaşlıq-Ermənistan da daxil olmaqla bütün tərəflərə açıq iqtisadi inteqrasiya imkanları; praktik sülh modeli – ticarət, enerji və nəqliyyat layihələri üzərindən etimad quruculuğudur. Bu, post-münaqişə dövründə Cənubi Qafqaz üçün tamamilə yeni modeldir.
Azərbaycanın Antalya platformasında irəli sürdüyü əsas tezislərdən biri də geoiqtisadi əməkdaşlıqdır. Xüsusilə Orta Dəhliz (Transxəzər marşrutu), Zəngəzur dəhlizi konsepsiyası, Cənub Qaz Dəhlizi kimi layihələr təkcə iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. Bu layihələr Asiya ilə Avropanı birləşdirir, regionu qlobal logistika mərkəzinə çevirir, enerji təhlükəsizliyində alternativ yaradır. Nəticədə Azərbaycan artıq yalnız regional deyil, qlobal enerji və nəqliyyat arxitekturasının əsas oyunçularından birinə çevrilir”.
Üç qardaş ölkə: Avrasiyada yeni əməkdaşlıq modeli

Bakı-Ankara-İslamabad müttəfiqliiynə toxunan deputat deyib ki, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığı Mərkəzi Asiyadan Yaxın Şərqə, Qafqazdan Avropaya qədər geniş coğrafiyanı əhatə edir.
Bu modelin fərqli cəhəti ondan ibarətdir ki, o hərbi blok deyil, iqtisadi və siyasi əməkdaşlıq platformasıdır, sülh və sabitlik üzərində qurulub. Bu isə onu qlobal sistemdə alternativ güc mərkəzi kimi önə çıxarır.

Qlobal böhranlar fonunda Antalya platformasının rolu
ABŞ–İran gərginliyi, Rusiya–Ukrayna müharibəsi və Yaxın Şərqdəki qeyri-sabitlik fonunda Antalya Diplomatiya Forumu dialoq üçün neytral məkan, vasitəçilik imkanları yaradan platforma, qarşıdurmadan əməkdaşlığa keçidi təşviq edən mexanizm kimi çıxış edir.
Türkiyənin çevik diplomatiyası, Azərbaycanın sülh təşəbbüsləri və Pakistanın geosiyasi mövqeyi bu platformanı real nəticələr doğuran mexanizmə çevirir.

Bir foto ilə başlayan yeni mərhələ
Antalyada çəkilən o məşhur foto əslində yeni geosiyasi reallığın vizual ifadəsidir. Bu, sadəcə üç liderin yanaşı dayanması deyil, bu həm də yeni güc mərkəzinin konturları, Avrasiyada əməkdaşlıq modelinin nüvəsi, sülhə əsaslanan geosiyasi alternativdir.
Bugünkü mürəkkəb dünya nizamında bu cür birliklər yalnız regional deyil, qlobal sabitliyin təmin olunmasında həlledici rol oynaya bilər. Antalya isə bu prosesin başladığı nöqtələrdən biri kimi tarixə düşməkdədir”.

Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi
Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
Azərbaycanın güləş millisi komanda hesabında Avropa çempionu olub
Gölə üzməyə girən 16 yaşlı oğlan qızıl külçə tapdı - FOTO
Gölə üzməyə girən 16 yaşlı oğlan qızıl külçə tapdı - FOTO
Latviya Prezidentinin səfəri başa çatdı
Latviya Prezidentinin səfəri başa çatdı
Satışlarda sağlamlıq enişi: həyat tərzi pivə nəhəngini sarsıdır
Satışlarda sağlamlıq enişi: həyat tərzi pivə nəhəngini sarsıdır
İncəsənət məktəblərinə qəbul üzrə imtahanlar başlayır
İncəsənət məktəblərinə qəbul üzrə imtahanlar başlayır
Azərbaycanda daha bir məktəbdə insident: 14 yaşlı şagird bıçaqlandı
Azərbaycanda daha bir məktəbdə insident: 14 yaşlı şagird bıçaqlandı
Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq